Dahilerden statuslar,Dahilerden statuslar

Pulunla şərəf qazanma, şərəfinlə pul qazan ki; pulun bitdiyində, şərəfin də bitməsin.
– Nicanor Parra

Pul və insan arasındakı qarşılıqlı əlaqə belədir: İnsan pulun saxtasını düzəldə bilər, pul da insanın.
– Benjamin Franklin

Həyatda daim gerçəkləri müdafiə et! Təqdir edən olmasa belə, vicdanına hesab verməkdən xilas olarsan. 
 – Che Guevara

Həyatdakı ən böyük zəfər heç bir zaman yıxılmamaq deyil, hər yıxıldığında ayağa qalxmaqdır.
– Nelson Mandela

Hər insan, etmədiyi bütün yaxşılıqlardan günahkardır. 
– Volter

Xoşbəxt olmağı sabaha saxlamaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər və bilirsən ki, o çay əsla dayanmaz.
– Grange

İnsanların sənin haqqında nə düşündüklərini əhəmiyyət verməyərək, ömürünü uzada bilərsən məsələn. 
– Bukowski 

Tənbəlliyin dadını bir dəfə aldınızmı nə qədər çalışırsanız çalışın sonsuza qədər tərgidə bilməyəcəksiniz. 
– A. Kubin

Gözəli gözəl edən ədəbdir, ədəb isə gözəli sevməyə səbəbdir!
– Mevlana

Hər vərdiş əlimizi daha bacarıqlı, ağlımızı isə daha bacarıqsız hala soxar. 
– Nietzsche 

Ədəbli ədəbindən susar, ədəbsiz də mən susdurdum zənn edər.
– Mövlana

Unutma; Hər gələn sevməz .. və heç bir sevən getməz. 
– Nazım Hikmət 

Bağışlamaq keçmişi dəyişdirməz amma gələcəy üçün yol açar.
– Paul Boese

İnsan ən çox qaçdığı şeydən əsla xilas ola bilmir. 
– Marcel Proust 

Müharibəni varlılar başladar, kasıblar ölər.
– Sartre

Şübhəsiz ən yanlış mühakimə, ətrafımızdakı hər kəsi “insan” sanmamızdır.. 
– Bukowski 

Birini itirəcəyinizi anladığınız zaman dəyər verməyə başlıyarsınız…
-The Grifters

Bu dünyadakı tək sərvət ailəndir. Puldan və qüdrətdən daha əhəmiyyətlidir. 
– Godfather 

Acını hiss edirsənsə canlısan
Başqalarının acısını hiss edirsənsə, insansan.
– Tolstoy

Gerçək təklik, saxta çoxluqdan hər zaman daha yaxşıdır. 
– Eliot

Düşüncələrin nədirsə həyatında odur. Həyatın gedişini dəyişdirmək istəyirsənsə düşüncələrini dəyişdir.
– Shakespeare

Bu dünyadakı ən bədbəxt insanlar, başqalarının nə düşündüyünü problem edənlərdir. 
– Virginia Woolf

Xoşbəxt bir ailə həyatı dünyada əldə edilmiş cənnətdir
– Bernard Shaw

Az bilən və az düşünən daima çox danışar. 
– Friedrich Nietzsche

Övladım! Deyə qışqırdı; Bu ölkədə mütərəqqi, mürtəce, sağçı, solçu yoxdur. Namuslu insanlar və namussuz insanlar vardır.
– Cəmil Meriç

Bəlkə də dünya, başqa bir planetin cəhənnəmidir. 
– Aldous Huxley