Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Oruc Tutmağın xeyri və tutulma qaydası

Müqəddəs Quran Məhəmməd (S) peyğəmbərə sırf Ramazan  ayında nazil olub və buda orucun bizlər ücün vacibliyini göstərir. Quranda orucluq haqda deyilir:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində)”

Məhəmməd (S) peyğəmbərin hədisində bildirilir ki, Ramazan ayı gələn zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və müsəlmanlara ziyan gətirməmək, onları Haqq Yolundan azdırmamaq üçün şeytanın əl – qolu bağlanır: “Əgər insanlar Ramazan ayının bütün üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər” – Allah buyurur. Payız yağışı hər yeri toz-torpaqdan təmizlədiyi kimi, Ramazan ayı da möminlərin ruhunu günahlardan təmizləyir.

Hər gün oruc tutmazdan öncə, yəni səhər yeməyindən (İmsak) əvvəl “niyyət” etmək lazımdır. “Niyyət” zamanı bu sözlər deyilir: “Bismillahir-rəhmanir-rəhim. Müqəddəs Ramazan ayında oruc tuturam Vacibən qürbətən ilə Allah” deyilir. Orucluğun hər günün öz xüsusi duası var və bu duaları oxumaq faydalıdır. (Hər günün duasını məsciddən və ya dini ədəbiyyatdan əldə etmək olar).

Axşam oruc açılarkən (İftar) yemək yeməzdən öncə bunları demək lazımdır: “Bismillahir-rəhmanir-rəhim” – “Rəhimli və Rəhman Allahın adı ilə” və oruc duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və aleykə təvəkkəltu fətəqəbbəl mini əntəs – Səmiul Alim. Allahummə ya vasiəl-məğfirəti iğfirli”. Ərəb dilindən tərcümədə: “Ey Allah, Sənə xatir oruc tutdum. Göndərdiyin ruzi ilə iftarımı açıram, Sənə təvəkkül edirəm. Orucumu qəbul elə. Sən hər şeyi eşidən və bilənsən. Ey Yaradan və Yer üzünün sahibi, günahlarımı bağışla!”

Yaxşı olardı ki, iftar xurma, təmiz su, süd və ya şirniyyat ilə açılsın. Yemək yeyən zaman heç bir halda tərkibində donuz əti və ya spirt olan qida məhsullarından istifadə etmək olmaz. Nə səhər, nə də axşam, olduqca çox yemək arzu edilən deyil, bu, bədəni ağırlaşdırır və sağlamlığa ziyandır. Oruc tutanlara iftar süfrəsi vermək bəyəniləndir. Hədisdə bildrilir ki, axşam oruc tutan şəxsi doyuzduran şəxs, oruc tutan qədər savab qazanar.

Oruc Tutana qadağadır

1) Bilərəkdən yalan danışmaq, Allaha, Peyğəmbər və imamlara and içmək.

2) Yemək və içmək. Bundan əlavə, nəfəs borusundan bədənə heç nə daxil olmamalıdır. Məsələn, qulaq dəliyindən suyun daxil olmasına və ya ağız və burundan orqanizmə qatı duman, tüstü və buxar (Havada uçan toz-torpaq, siqaret tüstüsü və s) udmaq, saqqız çeynəmək və imalə etmək olmaz. Lakin insan oruc olduğunu unudaraq təsadüfən nəsə yeyərsə və ya içərsə, bu, orucu pozmur – bu halda yemək və içməyi dərhal dayandırmaq lazımdır. Əgər insan oruc olduğunu bilə – bilə ağzına su alarsa, məsələn, sərinləşmək istəyərkən və dəstəmaz alarkən təsadüfən suyu içərsə, onun orucu pozulmuş sayılır. İmsakdan sübh azanınadək ağız boşluğunu və dişlərin arasını qida qalıqlarından səliqə ilə təmizləmək lazımdır. Çünki oruc zamanı xırda yemək qalığını yemək belə, orucu pozur.

3) Cinsi əlaqəyə girmək. Həyat yoldaşı ilə bir-birində ehtiras oyadan intim nəvazişlə məşğul olmaq arzu olunan deyil. İftardan sonra həyat yoldaşı ilə yaxınlıqdan sonrası İmsak vaxtı qurtaranadək çimmək və qüsllənmək lazımdır. Qeyd edək ki, yuxuda ikən “məni” (Orqazm) baş verərsə, bu, orucun pozulması anlamına gəlmir. Belə olan halda çimmək (Qüsl almaq) və orucu davam etdirmək lazımdır.

4) Bilərəkdən qusma baş verərsə, oruc pozulur. Oruc tutan öz idarədəsinə qarşı çıxırsa, o zaman oruc pozulmur və yalnız ağız boşluğunu yaxalamaq lazımdır.

5) Menstruasiya (Doğumdan sonrakı yaranan təbii hallar). Hətta Günəş batmamışdan öncə menstruasiya baş verərsə, oruc pozulur

Bir Cevap Yazın

Your email address will not be published.