Fallout 76 necə oyundu ?

14.11.2018

Bildiyimiz kimi dünən Fallout 76 oyuncuların ixtiyarına verildi.

Fallout 76 artıq 4 ildir ki, hazırlanma mərhələsində idi və oyun artıq online olaraq hər kəslə

ilətişimə keçərək oynaya bilərsiz. Oyunun hardcore fanları nə qədər bu oyunun online olmasından narazı olsada artıq fərqli bir taktika izləyən Bethesda Game Studios daim oynanan bir oyun və bir oyuncu kütləsinə sahib olmaq istəyir.

Buna görə bu oyunda fərqli olaraq hekayə modu olmayacaq . Oyunda bir xarakter özünüzə düzəldib köhnə Fallout 4-ün xəritəsindən 4 dəfə böyük bir ərazidə online rejimdə oyunda yalnız 10 nəfərlə oynaya bilərsiz və başqa ərazidə crafting əşyaların təkmilləşdirilməs C.A.M.P adlı yeni tikinti sistemi və mutant öldürmək ilə başınız qata bilərsiz. Oyunun kamera açısı və oynanış tərzi oyunda TPS (third-person-shooter) rejimi olacaq. Bununla yanaşı oyunçular oyunu FPS (first-person-shooter) rejimində oynayacaqlar. Digər oyunlarla qarşılıqlı əlaqə sistemi GTA 5 oyununda silah seçimi menyusuna bənzəyir. Lakin Fallout 76-da silahların yerinə alıb-satmaq, animasiya göstərmək və s. kimi qarşılıqlı əlaqələr var. Əgər yaratdığınız oyunçu personajınız ölsə Bu halda onun qazandığı nailiyyətlər itməyəcək. Həmçinin oyunda online rejimdən offline və ya əksinə keçid etmək mümkün olacaq. Ona görə offline zamanı tikintinizdə xəritədə görsənməyəcək  ancaq əgər online olsanız rəqibləriniz və yaxuda oyunda olan sadə mutantlar sizi gözdəyə bilər. Kompakt tikinti sistemi sayəsində oyunçular istədikləri yerlərdə istədikləri tikililəri tikə bilərlər.Ona görə oyunçuların tikəcəkləri bazalara adi insanlardan əlavə olaraq həmçinin mutantlar da hücum edəcəklər . Oyunda rəqibiniz əgər online-dısa istədiyiniz zaman bazalarını məhv edə bilərsiz.

Buyrun əgər oyunu izləmək istəyirsinizsə Dost Kayaoğlunun ilk izlənim vidosunu qoz.az saytına yerləşdirdim buyrun izləyin .

 

Qeyd. Oyunla bağlı əldə etdiyim məlumatlar bu qədərdi əgər az olsa üzürlü sayın çünkü o qədər imkanımız yoxdu ki oyunu alıb düz əməli bir kompyuterdə incəliyek və sizə gözəl bir sunum edek. Ona görə başqalarının videolarını göstərməyə məcburuq.

Oxuduğunuz üçün Təşəkürlər