Cingiz xanın ilk evliliyi və başına gələnlər

Mənən və cismən yetkinləşmiş Temuçin evlənmək qərarına gəldi?!Qardaşları ilə birlikdə atası Yesugeyin vaxtilə onu nişanladığı Börtegilə getdi. Gənclərin nigahı baş tutdu. Börte Temuçinə toy cehizi olaraq qara samur dərisindən tikilmiş kürk bağışladı. 13$ Gəlinin bu cehizi varlı olmayan Temuçin üçün əsl var-dövlət idi.

Bundan ruhlanan Temuçin vaxtilə atası Yesugey Bahadurla qardaşlıq etmiş Toğrul xanla dostluq əlaqələri yaratmaq qərarına gəldi. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Temuçin qardaşlarının müşayiəti ilə qüdrətli Toğrul xanın iqamətgahına getdi. Mərhum atası Yesugeylə qardaşlıq dövrlərini xanın yadına saldı və xahiş etdi ki, onu oğulluğa götürməsinə razılıq versin. Sonra da xana cavan arvadının cehizini – qara samur dərisindən tikilmiş kürkü bağışladı. Toğrul xan gəncin bu hərəkətindən məmnunluq hissi duyduğunu dilə gətirdi və Temuçini oğulluğa götürməyə razılıq verdi. Həm də bildirdi ki, lazımi anda Temuçinə hər cür yardım göstərməyə hazırdır.

Temuçin evlənəndən bir qədər sonra şimalda yaşayan merkit qəbiləsinin qoşun dəstələri onun çadırına basqın etdi. Basqınçılar Yesugey Bahadurun qatı düşmənləri idi. Çünki Yesugey on səkkiz il öncə merkitlərin qəbilə başçısının arvadı Oelunu qaçıraraq özünə baş hərəm etmişdi. Oelun, yuxarıda deyildiyi kimi, bir müddət sonra Temuçini doğmuşdu. Basqın çox gözlənilməz olduğundan Temuçin əsir düşməkdən yaxasını bir təhər qurtara bilmiş, lakin arvadı Börte əsir alınmışdı. Bir müddətdən sonra Temuçin onu oğulluğa götürmüş Toğrul xanın yardımı ilə arvadını geri almağa müvəffəq olmuşdu. Temuçin arvadı Börtenin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına şübhə ilə yanaşırdı. Buna görə də Temuçin Cuçi adlı oğluna soyuq münasibət göstərirdi, lakin arvadı Börteni dərin məhəbbətlə sevirdi.

Cingiz xanın belgeseli

Bir Cevap Yazın

Your email address will not be published.