Komputer qrafikasının tarixi

Komputer qrafikasının tarixi

İlkin hesablama maşınları qrafika ilə işləmək üçün ayrı-ayrı vasitələrə malik deyildilər, lakin onlar şəkillərin əldə edilməsi və emalı üçün artıq istifadə olunurdular. Lamplar matrisası əsasında qurulmuş ilkin elektron maşınlarının yaddaşını proqramlayaraq, naxışlara nail olmaq mümkün olmuşdur. 1961-ci ildə proqramçı S. Rassel qrafika ilə olan birinci kompüter oyununun yaradılması üzrə layihəyə başçılıq etdi. Oyunun yaradılması ("Spacewar!") təxminən 200 insan-saatı çəkmişdir. Oyun PDR-1 maşınında yaradılmışdır. 1963 -cü ildə amerikan alimi Ayven Sazerlend Sketchpad proqram-apparat kompleksini yaratdı. Kompleks dəstə üzərində rəqəmsal qələmlə nöqtə, xətt və dairələri çəkməyə imkan verirdi. Primitivlərlə əsas hərəkətlər istifadə edilə bilərdi: yerdəyişdirilmə, kopyalama və sairləri. Əslində, bu kompüterdə realizə edilmiş birinci vektor redaktoru idi. Həmçinin bu proqramı ilkin qrafik interfeysi adlandırmaq olar. 1960-cı illərin ortalarında kompüter qrafikanın sənayə tətbiqedilmələrində işləmələr üzə çıxmağa başlamışdılar. Belə ki, T. Mofetin və N. Teylorun rəhbərliyi altında İTEK şirkəti rəqəmsal elektron cizgi maşınını işlədib-hazırlamışdır. 1964-cü ildə General Motors İBM-lə birlikdə işlədib-hazırlanmış DAC-1 avtomatizə edilmiş layihələndirmə sistemini təqdim etmişdir. 1964-cü ildə N.N Konstantinovun rəhbərliyi altında qrup tərəfindən pişiyin hərəkətinin riyazi modeli yaradılmışdır. BESM-4 maşını, differensial tənliklərinin həll edilməsi üzrə yazılmış proqramı həyata keçirərək, öz zamanı üçün irəliləyiş olan "Pişiycik" multfilmi çəkirdi. Vizualizasiya üçün əlifba-rəqəmsal printer istifadə edilirdi. 1968 ildə şəkillərin yaddaşda saxlaması və onları kompüter displeyində, elektron-şua dəstəkdə çıxardırılması imkanının meydana çıxması ilə kompüter qrafikası çox mühüm tərəqqini keçirmişdir.
568 Views