Makedonyalı İskendərin Hindistana yürüşü

Spitamenin ölümündən və yeni satraplıqlarla əlaqələri möhkəmləndirmək üçün Roksana ilə evlənməsindən sonra İsgəndər üzünü Hindistan yarımadasına çevirdi. İsgəndər müasir Pakistanın şimalındakı keçmiş Qandhara satraplığının qəbilə başçılarını gəlmələri və onun hakimiyyətinə tabe olmaları üçün dəvət etdi. Hind çayından Celam çayına qədər uzanan krallığa sahib

Taksila hökmdarı Omfis tabe oldu, ancaq bəzi dağ qəbilələrinin başçıları (Kambocların Aspasioy və Assakenoy bölmələri daxil olmaqla) tabe olmaqdan imtina etdilər. Omfis İsgəndərin əndişəsindən azad olması üçün tələsdi və qiymətli hədiyyələrlə birlikdə onunla görüşdü, özünü və bütün qoşununu onun əmrinə verdi. İsgəndər Omfisə yalnız titul və hədiyyələr yox, həmçinin fars xələtləri, qızıl və gümüş ornamentləri, 30 at və qızıl 1000 talent verdi. İsgəndər ordusunu hissələrə bölməyə təşviq edildi və Omfis Hind çayı üzərində körpü tikmək üçün Hefestiona və Perdikkiyə kömək etdi, onların əsgərlərini ərzaqla təmin etdi, İsgəndəri və onun bütün ordusunu dostluq və səxavətli qonaqpərvərliyin bütün nümayişləri ilə Taksilanın paytaxt şəhərində qəbul etdi.

Makedoniya çarının sonrakı hücumunda Omfis onu 5000 nəfərlik ordu ilə müşayiət etdi. O, Xidasp çayı döyüşündə iştirak etdi. Qələbədən sonra Omfis Porun dalınca göndərildi. Omfisə Pora əlverişli şərtlər təklif etmək tapşırılmışdı, ancaq o, köhnə düşmənin əlində ölməmək üçün qaçdı. Axırda iki rəqib İsgəndərin şəxsi vasitəçiliyi ilə barışdırıldı və Omfis Xidaspda təchizata şövqlə kömək etdiyi üçün İsgəndər tərəfindən çay və Hind arasındakı bütün əraziləri idarə etmək ona tapşırdı.

Eramızdan əvvəl 327/326-cı ilin qışında İsgəndər şəxsən bu qəbilələrə qarşı yürüşə başladı: Kunar dərəsinin Aspasioyu, Qureus dərəsinin qureanları və Svat və Buner dərələrinin Assakenoyu. Aspasioyla baş verən şiddətli qarşılaşmada İsgəndər mizraq yarası ilə çiynindən yaralandı, ancaq axırda Aspasioy məğlub oldu. İsgəndər daha sonra Massaqa, Ora və Aornos istehkamlarında döyüşən Assakenoyla qarşılaşdı. Malaqa istehkamı İsgəndərin topuğundan ciddi yaralandığı qanlı döyüşlərdən sonra zəiflədi. Kvint Kurçiy Rufa görə, İsgəndər yalnızca Massaqanın bütün əhalisini öldürməyib, həm də onun tikililərini dağıdıb. Oxşar qətliam Orada baş verdi. Massaqa və Oradan sonra bir çox assakenianlar Aornos qalasına qaçdı. İsgəndər onları izlədi və dörd qanlı gündən sonra dağ qalasını tutdu.

Aornosdan sonra İsgəndər Hind çayını keçdi və e.ə. 326-cı ildə Xidasp döyüşündə Pəncabdakı bir ərazini idarə edən Porla döyüşdü və ona qalib gəldi. İsgəndər Porun cəsurluğuna heyran qaldı və onu müttəfiqi etdi. O, Poru satrap elədi və Porun əvvəl sahib olmadığı torpağı onun ərazisinə qatdı. Yerli hakimlər seçmək Yunanıstan kimi uzaq yerdən bu əraziləri idarə etməyi asanlaşdırdı. İsgəndər Xidasp çayının əks sahillərində iki şəhərin əsasını qoydu. İsgəndər şəhərlərdən birini təqribən həmin vaxtlarda ölən atı Bukefalosun şərəfinə Bukefalo adlandırdı. Digəri isə Nikeya (Qələbə) idi. Bu şəhərin müasir dövrdə Pəncab regionunun Monq şəhərinin ərazisində yerləşdiyi fikirləşilir.Ordunun üsyan etməsi

İsgəndərin Hindistan yarımadasını işğal etməsi

Porun krallığının şərqi Qanqın yaxınlığı Maqadhanın Nanda imperiyası idi və daha şərqdə isə Qanqariday imperiyası (müasir dövrdə Banqladeş) var idi. Başqa böyük ordularla qarşılaşma ehtimalından qorxan və illərcə müharibə aparmaqdan yorulan İsgəndərin ordusu şərqə getməkdən imtina edərək Hifasis (Bias) çayının ərazisində üsyan etdi. Bu çay İsgəndərin işğallarının çatdığı ən uzaq şərq nöqtəsi hesab edilir.

" Makedoniyalılara gəldikdə hər halda onların Porla mübarizələri onların cəsarətini kütləşdirdi və onların Hindistana daha çox irəliləməsinin qarşısını aldı. Onların edə bildiyi 20 min piyada və 2 min at toplayan düşməni dəf etmək idi. Digər tərəfində ağır silahlı piyada və süvari dəstələri və fillərlə əhatə edilən zaman İsgəndər öyrəndiklərinə görə eni 32 furlonq (milin səkkizdə biri), dərinliyi yüz sajın olan Qanq çayını keçməkdə təkid edəndə onlar İsgəndərə şiddətlə qarşı çıxdılar. Onlara deyilmişdi ki, Qanderites və Presiy hökmdarları 80 min süvari, 200 min piyada, 8 min döyüş arabası və 6 min fillə onları gözləyir. "

İsgəndər əsgərlərini daha da şərqə getmək üçün yola gətirməyə çalışdı, ancaq onun generalı Koin fikirini dəyişməsi və geri qayıtması üçün ona yalvardı. O dedi ki, əsgərlər “təzədən valideynlərini, arvadlarını və uşaqlarını görmək istəyirlər.” İsgəndər axırda razı oldu və Hind çayı boyunca cənuba getdi

Bir Cevap Yazın

Your email address will not be published.