Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

NAMAZ QILMAQ ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR

  1. Övrət yerlərini örtmək

Övrət yerlərini paltar ilə örtmək lazımdır. Paltar qısalığı və ya şəffaflığı ilə bədən hissələrini bildirməməlidir.

Kişinin övrəti göbəkdən dizə qədərdir.

Qadının yalnız üzü və əlləri istisna olmaqla bütün bədəni namazda övrət sayılır.

Uca Allah buyurur: Ey Adəm oğulları! Hər bir səcdə vaxtı gözəl libaslarınızı geyin. (əl-Əraf: 31). Övrət yerinin örtülməsi gözəl libas məfhumunun ən aşağı dərəcəsidir. «Hər bir səcdə vaxtı» dedikdə namaz nəzərdə tutulur.

  1. Qibləyə tərəf yönəlmək

Uca Allah buyurur: Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! (əl-Bəqərə: 149).

  • Müsəlmanların qibləsi müqəddəs Kəbə evidir. Onu peyğəmbərlərin atası sayılan İbrahim  inşa etmiş və beləcə bütün peyğəmbərlər ora həcc etməyə başlamışlar. Biz bilirik ki, orada mövcud olan dağ-daş bizə nə bir xeyir, nə də zərər verə bilməz. Lakin Uca Allah namaz vaxtı müsəlmanların birliklərini nümayiş etdirmələri üçün bir tərəfə yönəlməyi əmr etmişdir. Biz də öz növbəmizdə ora yönəlməklə Allaha ibadət edirik.
  • Əgər müsəlman Kəbə evini görürsə birbaşa ona tərəf yönəlməsi vacibdir. Uzaqda olanların Kəbə istiqamətinə yönəlmələri yetərli sayılır. İstiqaməti tutarkən azacıq səhv etmək bağışlanandır. Peyğəmbər  demişdir: “Şərq ilə qərb arası qiblədir” (Tirmizi: 342).
  • Əgər xəstəlik və ya digər üzürlü səbəbdən qibləyə tərəf yönələ bilmirsə, vaciblik hökmdən düşür. Ümumiyyətlə,  aciz qalan insan üçün hər bir vacib əməlin hökmü ləğv olunur. Uca Allah buyurur: Allahdan bacardığınız qədər qorxun. (ət-Təğabun: 16).

  1. Namaz vaxtının daxil olması

Bu amil namazın doğru olması üçün şərtdir. Vaxtı daxil olmamış namaz doğru sayılmır. Namazı vaxtından sonraya saxlamaq da haramdır. Uca Allah buyurur: Namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. (ən-Nisa: 103).

Namaz vaxtının daxil olması zamanı bir neçə məqama diqqət yetirmək lazımdır:

  • Namazı ilk vaxtında qılmaq daha yaxşıdır.
  • Namazı vaxtında qılmaq vacibdir. İstənilən səbəbə görə namazı vaxtından gecikdirmək haramdır.
  • Yuxu və ya unutqanlıq səbəbi ilə namazı qılmayan insan xatırlayan kimi dərhal namazlarını qılmalıdır.

Namaz qılmaq üçün lazım olan şərtlər

Natəmizlikdən və nəcisdən paklanmaq

Övrət yerlərini örtmək

Qibləyə tərəf yönəlmək

Namaz vaxtının daxil olması

Namazın vacibliyi

Namaz ağlı başında olan, həddi buluğa çatmış hər bir müsəlmana vacibdir. Heyzli (aybaşı) və ya nifaslı (zahı) qadınlar bu müddət ərzində namaz qılmırlar və adətləri başa çatandan sonra keçmiş günlərin namazlarını da qəza etmirlər

İnsanın həddi buluğa çatması bu hallardan biri ilə bilinir:

  1. On beş yaşa çatmaq;
  2. Övrət yerlərində tüklərin bitməsi;
  3. Yuxuda və ya oyaq halda spermanın çıxması;
  4. Qadının aybaşı və ya hamilə olması.

Beş vaxt fərz namazı və onların vaxtları:

Uca Allah müsəlmana sutka ərzində beş vaxt namaz qılmağı vacib etmişdir. Bu namazlar onun dininin dirəyi, ən önəmli vacib ibadətidir. Uca Allah bu namazlar üçün bəlli vaxtlar təyin etmişdir:

Fəcr (sübh) namazı: İki rükətdir. Onun vaxtı şərq tərəfdən üfüqün birinci ağarmasından (dan yeri söküləndən) başlayaraq günəşin çıxmasına qədər davam edir.
Zöhr (günorta) namazı: Dörd rükətdir. Onun vaxtı günəş zenit xəttini keçdikdən sonra başlayır, hər şeyin kölgəsi özü mislində olan vaxta qədər davam edir.
Əsr (ikindi) namazı: Dörd rükətdir. Onun vaxtı zöhrün çıxan vaxtından başlayıb günəş batana qədər davam edir. Günəş şüaları zəifləməmiş və günəş saralmamış bu namazı qılmağa çalışmaq lazımdır.
Məğrib namazı: Üç rükətdir. Onun vaxtı günəşin batıb üfüqdən itməsindən başlayaraq üfüqdəki qızartı itənə qədər davam edir.
İşa (yatsı) namazı: Dörd rükətdir. Onun vaxtı üfüqdəki qızartının itməsindən başlayıb gecənin yarısına qədər davam edir. Amma üzrlü səbəbdən sübh namazına qədər də gecikdirmək olar.

Namaz qılınan yer

İslam şəriəti namazı camaat ilə qılmağı əmr edir, məsciddə qılmağa təşviq edir. Çünki məscidlərdə namaz qılmaq müsəlmanlar üçün ünsiyyət və toplanma şəraiti yaradır ki, bu da onların arasında qardaşlıq və sevgi hisslərini artırır. Camaatla qılınan namaz təklikdə qılınan namazdan qat-qat üstün hesab olunur. Peyğəmbər  demişdir: “İnsanın camaat ilə qıldığı namazı təklikdə qıldığı namazdan iyirmi yeddi dərəcə üstündür” (Buxari: 619; Muslim: 650; Əhməd: 5921).

Buna baxmayaraq hər yerdə namaz qılmaq olar. Bu isə Uca Allahın bizə olan lütfüdür. Peyğəmbər  demişdir: “Yer üzü mənim üçün namazgah və paklıq edilmişdir. Ümmətimdən hər kəs namaz vaxtı gəldikdə (harada olursa olsun) namazını orada qılsın” (Buxari: 328; Muslim: 521).

“Yer üzü mənim üçün məscid və təmizlik edilmişdir. Namaz vaxtı çatdıqda hər kəs olduğu yerdə namazını qılsın”

Namaz qılınan yerin xüsusiyyətləri

İslam şəriəti namaz qılınan yerin pak olmasını şərt qoymuşdur. Uca Allah buyurur: İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik. (əl-Bəqərə: 125). Əslində hər yer pak sayılır. Murdarlıq isə sonradan baş verən bir səbəbdir. Əgər sən bir yerin murdar olduğunu dəqiq bilmirsənsə oranı pak qəbul et. Hər bir təmiz yerdə namaz qılmaq olar. Namaz qılmaq üçün xalça, parça və ya nə isə axtarmaq lazım deyil.

Bu məsələdə diqqət ediləcək bir neçə əhəmiyyətli məqam vardır:

  1. Müsəlman namaz qıldığı yerdə başqalarına əziyyət verməməlidir. İnsanlar keçən yolda, keçidlərdə, insanların hərəkətinə mane olan yerlərdə namaz qılmaq olmaz. Çünki bu halda o narahatçılığa və izdihama səbəb olur. Peyğəmbərimiz  başqalarına əziyyət və zərər verməyi qadağan edib demişdir: “(Sizə zərər toxundurmayana) zərər vurmayın, zərər toxundurmaqda həddinizi aşmayın” (İbn Macə: 2340; Əhməd: 2865).
  2. Namaz qılınan yerdə namaz qılanın fikrini yayındıran şəkillər, hay-küy, musiqi və sairə bu kimi şeylər olmamalıdır.
  3. Namaz qılınan yer Allaha asilik etmək üçün tikilmiş olmamalıdır. Məsələn, rəqs salonları və ya gecə klubları kimi yerlərdə namaz qılmaq bəyənilmir.

 

Mənbə.imuslimguide.com

Bir Cevap Yazın

Your email address will not be published.