Pörl-Harbora hücum

Yapon mənbələrində Havay əməliyyatı — Yaponiya İmperiyası silahlı qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumu.

Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi.

Əməliyyat yapon vitse-admiralı Tuiti Naqumonun rəhbərliyi altında, 6 aviadaşıyıcı gəmidən qalxan 353 təyyarə vasitəsilə iki ayrı dalğa şəklində həyata keçirilmişdir.

Birinci dalğa 50 bombardmançı, 40 torpedodaşıyan bombardmançı, 54 qırıcı-bombardmançı və 45 qırıcı təyyarənin iştirakı ilə həyata keçirildi. Onlar Havay vaxtı ilə saat 07:48-də hücum haqqında əmr aldılar. Saat 07:55-də qırıcı-bombardmançılar Pörl-Harbordakı Uiler aerodromuna, saat 07:57-də torpedodaşıyan bombardmançılar xətt gəmilərinə, saat 08:00-da qırıcılar aerodromlarda dayanan təyyarələrə, saat 08:05-də isə bombardmançılar xətt gəmilərinə ardıcıl zərbələr endirdilər.

İkinci dalğa 54 göyərtə bombardmançısı, 81 qırıcı-bombardmançı və 36 qırıcı təyyarədən ibarət idi. Onlar saat 08:55-də hücum haqqında əmr aldılar. Hücumda həmçinin bir neçə sualtı qayıq iştirak edirdi.

Hücum nəticəsində 4 xətt gəmisi, 2 eskadra minadaşıyanı (“Kassin” və “Dauns”) və “Oqlala” minadüzəni batırılmış, daha 4 xətt gəmisi, 3 kreyser və 1 eskadra minadaşıyanı ciddi zədələnmiş, 188 təyyarə məhv edilmiş, 155 təyyarə müxtəlif dərəcədə zərər görmüşdür. 2402 nəfər (o cümlədən 57 mülki şəxs) həlak olmuş, 1282 nəfər (o cümlədən 35 mülki şəxs) yaralanmışdır. Yaponların itkiləri isə minimal idi – 65 nəfər ölü və yaralı, 29 təyyarə və 4 sualtı gəmi.

Növbəti gün, 8 dekabr 1941-ci il tarixində ABŞ Prezidenti Franklin Delano Ruzvelt ABŞ Konqresi və Senatının birgə iclasında çıxış edərək “tarixə rüsvayçılıq günü kimi düşəcək” 7 dekabr tarixindən Yaponiya və onun Avropadakı müttəfiqləri Almaniya və İtaliyaya müharibə elan edilməsini tələb etdi. Konqresin müvafiq qərarı ilə ABŞ İkinci dünya müharibəsinə qoşuldu.

Pörl Harbor (film, 2001)

Filmin Məzmun

Reyf və Denni – Tennessi ştatından olan bu iki dost uşaqlıqdan birgə böyüyüblər və sanki bir qardaş kimi bir-birilərinə bağlıdırlar. İş elə gətirir ki, onların hər ikisi ABŞ-ın hava qüvvələrində pilot olurlar. Tezliklə Reyf tibb bacısı Evelinə aşiq olur. Onların məhəbbəti qarşılıqlı olur, lakin Reyf eskadrona qoşulmalı olur və Britaniya uğrunda almanlarla döyüşmək üçün Avropaya gedir. Bu zaman Denni və Evelin də xidmət üçün Pyorl-Harbor bazasına göndərilirlər. Çox keçmədən Reyfin ölümü barədə xəbərlər yayılır. Bundan sonra Denni ilə Evelinin dostluğu başlanır. Tezliklə bu dostluq məhəbbətlə əvəz olunur. Bir az keçdikdən sonra məlum olur ki, Reyf sağ-salamatdır və o, Pyorl-Harbora gəldiyi zaman bütün olanlardan xəbər tutur. Bu zaman yaponların bazaya xaincəsinə hücumu baş verir. ABŞ bu məğlubiyyətinə düşmən ərazilərinin bombardman edilməsinin təşkili ilə cavab verir. Reyflə Denni isə könüllülər sırasında olurlar. Bu əməliyyat zamanı Denni Reyfi xilas edərək, özü həlak olur… Reyf evə – Evelinin yanına qayıdır. Onlar birgə ömür sürür və Dennidən doğulan uşağı böyütməklə məşğul olurlar.

Səhvlər

  • Pörl Harbora hücum yerli vaxtla səhər saat 7:55-də başlanır. Filmdə Pyorl-Harborda Amerika donanmasına komandanlıq edən admiral səhər tezdən qolf oynayır. Səhər qadın paltar asır, uşaqlar isə beyzbol oynayırlar. Təkcə əsas qəhrəman olan təyyarəçilər yatıblar. Əslində isə saat 8:00-da hərbi gəmilərdə səhər yoxlanışı aparılmalı idi. Amma dənizçilərin çoxu yuxuda idi.
  • Əslində 1941-ci ildə amerikalıların hərbi bazasında heç kəs siqaret çəkmirdi…
  • Reyf Makkuoli öz ortaqlarını sakitləşdirərək deyir: “Qorxmayın! “Zero” daha güclü silahlanıb və çox cəlddir. Buna baxmayaraq P-40 daha manevrlidir”. Həqiqətdə isə, o vaxtlar “Zero”nun manevrliyi istənilən başqa Amerika təyyarələrindən daha yüksək idi.