Ərəb xəlifəsi Müaviyə kimdir?

Müaviyə ibn Əbu Süfyan elə bir şəxsiyyətdir ki,İslam dinin zühurundan iyirmi il sonra yəni, Məkkənin fəthindən sonra atası, anası və qardaşı ilə birlikdə İslamı qəbul etmiş və “müslimətül-fəth” və ya “Məkkənin fəthindən sonrakı müsalmanlar” dəstəsi adı ilə tanınmışlardandır. O, İslamı qəbul etməzdən əvvəl müşriklərin qoşunları sırasında qərar tutmuş və İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) müqabilində Onunla vuruşmuşdur. Yəzid adlı qardaşı isə İslama gəldikdən sonra müsəlman qoşunlarından birinin başçısı olub, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra Şam şəhəri və ətrafını ələ gətirməkdən ötrü o məntəqəyə həmlə etmişdir. Həmin səbəbə görə, Şamın hökumətliyini qardaşı Yəzid öldükdən sonra Müaviyənin ixtiyarında qouyurlar və həmin vaxtdan da Müaviyə Şam şəhəri və ətrafına əl tapır.

Müaviyə ilk müəsəlmandır ki, İslamın sadə yaşayış şüarını pozur və elə bir vəziyyətə çatır ki, ikinci xəlifə Şama səfər edərkən, Müaviyəni ərəblərin Kəsrası adlandırır. O, təxminən, iyirmi il Şam və tərafına hökumətlik edir. Ondan sonra isə təxminən, iyirmi ilə bütün İslam məmləkətinə hökümranlıq edir.
O, baxmayaraq ki, rumluların müqabilində İslam sərhədlərini qoruyur amma, Əmirəl-möminin Əlinin (ələyhissalam) və oğlu İmam Həsənin (ələyhissalam) imamətliyi müqabilində qiyam edir, qanlar tökür, böyük səhabələrdən məsələn, Əmmar Yasir, Hicr ibn Ədini şəhadətə çatdırır. Yalan hədis düzəltməkdə çox çalışır.  Nəhayət, öz hakimiyyətini oğlu Yəzidə ötürə bilir və o da İslam tarixində ən böyük cinayətləri o cümlədən, İmam Hüseynin (ələyhissalam) şəhadətini və Mədinəyə həmlə edib qarət etmək kimi hadisələrin baisi olur.
Ətreaflı cavab
Əbu Süfyanın oğlu Müaviyə qureyşin böyüklərindən sayılırdı. Anası Hind Ütbənin qızı idi.  Müaviyə, Əbu Əbdür-Rəhman künyəsi ilə də tanınır.  Məşhur tarixçilər onun dünyaya gəlişini besətdən (İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərliyinin elan olunmasının) beş il əvvəl olduğunu yazırlar.
Atası, Əbu Süfyan da qureyş tayfasının böyüklərindən və İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) müxalif olanların başçılarından olub. Müaviyə atası kimi İslam zühur edəndən iyirmi il sonra yəni, Məkkənin fəthinə qədər İslamı qəbul etməmişdir. Təkcə, atası, anası və qardaşı ilə birlikdə Məkkənin fəthindən sonra “müslimətül fəth” və ya “Məkkə fəthindən sonra olan müəsəlmanlar” adı ilə tanınmış dəstə ilə bir yerdə müsəlman olmuşdur.  Onun bu səbkidə müsəlman olması, həmişə başqaları tərəfindən ona irad kimi tutulmuşdur.
Qeys ibn İbadə öz məktbunda ona belə yazır: “…Zorla İslama gəlmisən….”Həmçinin, Müaviyə və  atası Məkkədə “qəlbləri zəif olanlar”dan olub. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onların İslamdan qaçmamasından ötrü hər birinə yüz dəvəni, döyüş qəniməti kimi vermişdir.
Əlbəttə, bacısı Ümmü Həbibə yolunu öz ailəsindən ayrı salmış və Məkkənin fəthindən əvvəl iman gətirmiş, daha sonra İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zövcəsi olmuşdur. O cəhətdən, bəzi müaviyəçi tarixçilər bu mövqiyyətdən istifadə etmiş ona “möminlərin xalı” ya ” möminlərin dayısı” ləqəbi vermişlər.
Halbuki, onun kimi şəxsiyyətlər məslən, Məhəmməd ibn Əbi Bəkr və Əbdullah ibn Ömər belə vəsflərdən uzaq olublar.
Həmçinin, bəziləri onu İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəhy yazanlarındın biri kimi də qələmə verib.  Amma, tarixi cahətdən, Müaviyənin islama gəlməsi  İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) son üç ildə həyatda olması  və onun bu son üç ildə Mədinəyə köçməsi və hansısa vəhyi yazması çox uzaq nəzərə gələn bir məsələdir.  Belə nəticə almaq olar ki, onun vəhy yazılışında o qədər də rolu olmamışdır.Şamınhakimiyyətindəntabütünmüsəlmanlarahakimiyyətinəqədər;
İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra müsəlmanların rumlular və iranlılarla çoxlu döyüşləri olmuş və böyük qələbələr əldə etmişlər. Qərb tərəfdə, müsəlmanların Şamın fəthi, Beytül-Müqəddəsin alınması kimi böyük qələbələrini qeyd etmək olar. Əbu Sufyanın oğlu Yezid  Şam döyüşlərində ordu rəhbərlərindən biri olmuş və həmin mövzu səbəb olmuşdur ki, mərkəzi hökumət tərəfindən, o məntəqənin rəhbəri təyin olunsun. Tainki, Yezid hicrətin on səkkizinci ilinə qədər o məntəqədə baş verən taun xəstəliyindən dünyasını dəyişir. İkinci xəlifə, Yəzid ibn Əbi Sufyanın qardaşını yəni, həmin Müaviyəni qardaşının yerinə canişin təyin edir və bununla da, Müaviyə Şam məntəqəsinin hakimiyyətini ələ keçirir.
Belə nəzərə gəlir ki, Müaviyə ilk müsəlman hakimi olub ki, İslam hakimiyyətində İslamın sadə yaşayış stilini dəyişir və bər-bəzəkli yaşayış tərzini hakimiyyət qəsrinə daxil edir. Ondan əvvəl və onun zamanında hətta, ikinci xəlifə hakimiyyət çərçivəsində sadə yaşayış tərzinə diqqət etmiş və riyaət etmişdilər. Hər halda, Müaviyə xəlifə sözünə o qədər də qulaq vermir və öz padşahlıq taxtı kimi bərbəzəkli saray tərizi qurur. Belə ki, ikinci xəlifə Şama səfəri zamanı açıq şəkildə Müaviyəni ərəb Kəsrası adlandıdır. O, Müaviyənin bütün bu bərbəzəkli saray yaşayışını görüb təccüblə soruşur: “Bütün bu mal-dövlətin hamısı sənindirmi?
Müaviyə cavab verir: Bəli!
Xəlifə soruşur: Belə bir bəsat açmısan halbuki, mənə xəbər gəlir ki, sənin şəhərində fəqirlər hökumət darvazasının qapısına kimi gəlirlər!? Müaviyə cavab verir ki, bu mövzuda elmim olan halda belə bir şərait yaratmışam. Nəhayət, xəlifənin suallarına son cavab olaraq belə bir bəhanə ilə dəlil gətirir ki, biz elə bir məntəqədə yaşayırıq ki, bir çox düşmənlərimizin cəsusları bizi görür. Biz, İslam qüdrətini və izzətini göstərməkdən ötrü belə bir əzəmətli vəziyyəti göz önünə qoymalıyıq. Yenə əgər əmriniz varsa, mən xidmətdə varam!
Xəlifə cavabında deyir: Sən həmişə öz cavablarınla məni belə məngənədə qərar verirsən. Əgər söylədiyin dəlil doğrudursa, düzgün qərara gəlmisən. Əgər, sözündə yalan varsa, hiyləgərlik sənin özündəndir.
Bu məqamda, diqqət çəkən məsələ budur ki, ikinci xəlifə həmişə adəti üzrə bütün şəhər başçılarına ağıla gəlməz və bəzən də səhabələrin etirazına səbəb olan çətinlikləri tutardı amma, Müaviyənin müqabilində belə asanlıqla təslim olur və ona tabe olur.
İkinci xəlifənin qətlindən və Osmanın iş üstə gəlməsindən sonra İslam cəmiyyəti tam şəkildə dəyişir və Müaviyənin zövqlü tərzi hakimiyyəti hər yerdə baş alıb gedir. Belə ki, şahzadələr kimi yaşayış tərzi, əgər xəlifənin ölümündən əvvəl Müaviyəyə məxsusu idisə, Osmanın hakimiyyətə gəlişindən sonra ümumiyyət tapır və şəhər başçıları bərbəzəkli həyat tərzi keçirməklə yenilik gətirirlər. Müaviyə isə tam israrla öz tərzi hakimiyyətini qüdrətləndirir və davam etdirir.
Osmandan sonra Əmirəl-möminin Əli (ələyhissalam) hakimiyyəti ələ alır amma, heç vaxt Müaviyənin hakimiyyətini və Şamda hökumətini qəbul etmir. Müaviyə Şamda artıq hakimiyyətinin əsaslarını möhkəmlətdiynə gərə, İslamın mərkəzi hökumətinə də tabe olmur və mərkəzi islami hökumətlə üzbəüz dayanır. O səbəbdən, İmam Əli (ələyhissalam) ilə hərbi yolu seçir və döyüşə hazırlaşır. İslam tarixində ilk dəfə olaraq, islamın mərkəzi hökumətə tabe olmamaq adətini də Müaviyə yola salır. İmam Əlinin (ələyhissalam) vəfatından sonra, o, zər və pulla İmam Həsənin (ələyhissalam) ətrafını ələ alır və İmamı (ələyhissalam) xilafətdən əl çəkib, sülh razılığına vadar edir. Bununla da, bütün İslam məmələkətlərinin yeganə xəlifəsi sayılır.
O, ümümilikdə iyirmi il Şam məntəqəsində hakim olur. Ondan sonra isə iyirmi il heç bir qüdrətli müxalifəti olmayan halda, İslam məmələkətlərinə hakimiyyətlik edir.
Müaviyə bu qırx il ərzində baxmayaraq ki, bəzən sərhəd məntəqələrində İslam düşmənləri  məsələn, rumlular kimi ölkələrlə döyüşmüş və onların İslam torpaqlarına təcavüzünün qarşısını almışdır. Amma, mənfi əməlləri o cümlədən, xilafətin qəsbi, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) haq canişini ilə müharibə etməsi, böyük səhabələri o cümlədən, Əmmar Yasir və hücr ibn Ədi kimi şəxsiyyətləri şəhadətə çatdırması, hədis düzəlməyə cəhd etməsi, İmam Həsənin (ələyhissalam) zəhərlənməsi, İmam Hüseynin (ələyhissalam) şəhadətində əli olması və s…əməlləri, bu nəticəni verir ki, təkcə şiə yox, bir çox əhli-təsənni məzhəbləri tərəfindən şiddətlə məzəmmət olunsun. Sonda, Müaviyə hicrətin altımışıncı ilində dünyadan gedir.
Yezidəvəsiyyət:
Tarix səhifələrində Müaviyənin oğlu Yezidə vəsiyyəti nəql olunuru və biz bu vəsiyyəti nəzərdən keçirməklə, Müaviyənin əsl iç üzünü və etiqadını daha yaxşı tanımış oluruq:
Müaviyə dünyadan köçməyinə az qalmış, bunu hiss edir və vəsiyyət ünvanı ilə bir məktub yazıb Zəhhak ibn Qeys və Müslim ibn Əqəbəyə verir ki, onu oğlu Yezidə çatdırsın. Vəsiyyətin mətni belə olur: “Ey mənim oğlum!  Mən səni müsafir və ora-bura qaçmaqdan ehtiyacsız etdim. Mən, bütün işləri sənin üçün hazırladım və çətinlikləri aradan qaldırdım. Çətinlikləri asan, müşkülləri xar etdim. Düşmənləri zəlil və tabe etdim. Ərəb başlarını aşağa əydim və onları sənə  baş əydirdim.  Mən, hər şeyi sənin üçün hazırladım və cəm etdim ki, bu vaxta qədər kimsə üçün belə bir şərait hazırlamaq imkanı olmayıb.
Sən Hicaz əhlinə bax ki, onlar əsl və sənin əhlindirlər….
İraq əhlinə də diqqət elə ki onlar hər gün səndən əmirlərini dəyişməsini tələb edəcəklər. Onların meyli ilə hərəkət elə, rəhbərlərinin birini çıxart o birini təyin et!  Çünki, bir nəfər başçını işdən çıxartmaq, yüz min şəmşirlə üzbəüz olmaqdan daha yaxşıdır.
Şam əhlini də yaddan çıxarma ki, onlar sənin arxandırlar. Onlar sənin zənbilindir. Hər zaman düşmənlərin baş qaldırsalar, Şam əhlindən kömək istə, əgər düşmənlərini həlak etsələr, yenə də Şam əhlini yerində otuzdur. Çünki, əgər onları başqa şəhərlərdə yerləşdirsən xasiyyətləri dəyişəcək.  Mənim Şam əhlindən sənin haqqında heç bir qorxum yoxdur. Çünki, onlar nə qədər ki, öz şəhərlərində qalıblar səninlə heç bir müxalifət və düşmənçilik etməyəcəklər.
Mən, qureyşdan dörd nəfərdən qorxuram ki səninlə müxalifət etsin və bu xilafəti özləri üçün istəsinlər. Onlar, Hüseyn ibn Əli, Əbdullah ibn Ömər, Əbdullah ibn Zübeyr, və Əbdür-Rəhman ibn Əbi Bəkrdir…..”
Bu vəsiyyət, tam şəkildə nişan verir ki, Müaviyədə Allahdan qorxusu və həqiqi dindar olmasa da, dünya işlərində çox zirək və insan tanıyan olub. Hakimiyyəti övladına qorumaqdan və ötürməkdən ötrü hər şeyi etmiş və hazırlamışdır.
MüaviyəİmamƏlinin(ələyhissalam)kəlamında:
Qəti və yəqin olaraq demək olar ki, İmam Əlinin (ələyhissalam) dövründə Müaviyə, O Həzrətin ən ciddi düşməni olub. İmam Əlinin (ələyhissalam) Müaviyə haqqında çoxlu sözlari var ki, onların hamısını bir bəhsdə açmaq olmur. Amma, onlardan bizim bəhsimizlə çox əlaqədə olan iki nümunəsini qeyd edirik:
1.İmam Əli (ələyhissalam), Müaviyəni, O Həzrətdən daha zirək hesab edənlərin cavabında belə buyurur: “Allah and olsun ki, Müaviyə məndən zirək deyil! Amma, o xəyanət edir və günah edir. Əgər hiylə pis əməl olmasaydı, mən insanların ən zirəngi olardım. Amma, hər bir hiylə günahdır və hər bir günah, bir növ Allaha qarşı bir küfrdür. Hər bir hiyləgərin bir əlaməti var ki, Qiyamətdə o əlamətlə tanınacaq.” İmam Əli (ələyhissalam) baxmayaraq ki, işarəvari də olsa, Müaviyənin zirəkliyini təsdiq edir amma, onun bu zirəkliyi dini təlimlərin və əxlaqın ayaqlar altına atılması və günah üzərində işlərin tənzim olunması hesabına olur. Ona görə də, bu zirəklik həqiqi sayılmır. Çünki, çox insanlar var ki, Müaviyə kimi rəftarlar edə bilərlər amma, Allah qorxusundan belə rəftarlardan çəkinirlər.
2. İmam Əli (ələyhissalam) öz məktublarından birində, Müaviyəni belə tanıtdırır: “onun bəsirəti yoxdur ki, ona yol göstərsin. Onun rəhbəri yoxdur ki, ona düzgün yol göstərsin. Həvayi-nəfsi onu dəvət edir, o da qəbul edir. Zəlalət, onu özünə tərəfə çəkir, da həmişə ondan itaət edir. Bəs, sayaqladı və bihudə fəryad etdi.  Zəlalətə düşdü və xəta yolu getdi.
Mənbə. islamquest.net