Evlilikdən öncə aşiq olmağın dinimizə görə necə görsənir?

Evlilikdə məhəbbətin yeri haradadır? Əvvəl aşiq olub, sonra evlənmək lazımdır, yoxsa əksinə?

Eşq, güclü məhəbbət mənasını verir ki, insanda fitri olaraq meydana gələr. Bu hissi heç kəs inkar edə bilməz.

Dinimizin nəzərinə görə, əgər mömin evlənməzdən əvvəl pak eşqə malik olarsa, bu əməlin heç bir maneəsi yoxdur. Əgər əksinə, bu eşq həvəs üzərindən və çirkin niyyətlə olarsa, o zaman insanın gözunu və qulağını kor edər. 

Belə bir eşqi dinimiz bəyənmir. Çünki insana seçim edən zaman məntiqli yol göstərməz, əksinə yanlış seçimlərə üz tutmasına səbəb olar.
O zaman ki, insan belə bir eşqə düçar olar, ağıl gözü də kor olar. İnsan həvəs və nəfsani hisslərini qane etməkdən başqasını düşünməz.

Ona görə də evlənməzdən əvvəl insan belə bir eşqə düçar olmaqdan çəkinməlidir.

Belə bir eşq insanı evlilikdən sonra özünə gətirər və insan başa düşər ki, düzgün seçim etməmişdir. Yəni, belə bir eşq qalıcı olmaz, tez keçəndir.

Halbuki, Allah Təala məntiqli seçim etməyi bəyənir və buyurur: “Onların yanında aramlıq tapasınız deyə sizin üçün(mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Ona görə də insan gərək ağlı ilə evlənsin və aşiqcəsinə yaşasın. Yəni, gərək evlilik zəminəsi yaranmayanacan qəlbinə qıfıl vursun və onu hər kəs üçün açmasın

Mənbə. 1) dəyərlər.org  2)ahlibeyt.ge