Şeytanın yoldaşlığı

Qədim zamanlarda ərəbistanda bir yolçu (Müsəlman) tək başına çöldə seyahət edirmiş. Şeytan bu adamı aldatmaq üçün insan qılığına girər və adamın qarşısına çıxar.
Şeytan:
– Salam yoldaş görürəm ki, tək başına səyahət edirsən, istəsən sənə səfərin boyunca yoldaşlıq edərəm. Mənim də yolum sənin getdiyin yerədir-deyər
Adam çox sevinər:
– Təbii -deyər dərhal qəbul edər. İnsan qılığındakı Şeytanın yoldaşlığıyla gedərkən günorta olar. İlkindi olar, Axşam olar, sonunda gecə olar. Şeytan mən sənlə yoldaşlıq etmək istəmirəm deyər.
Adam:

– Nə oldu bir qüsurummu oldu ki, mən sənə nə etdimki yoldaşlıq etmirsən mənə -deyər.

Şeytan:
– daha nə olacaq ki, mən səhərdən bəri izləyirəm sən heç bir vaxtda namaz qılmadın. Halbuki mən insan qılığında şeytanam, səni aldatmaq üçün sənlə yoldaşlıq edirdim. Baxdım ki, aldatmama gərək yoxdur. Mən ALLAHa bir dəfə səcdə etmədim, üsyan etdim ALLAH məni sonsuza qədər lənətlədi. Sən isə beş vaxtın heç birində ALLAHa səcdə etmədin, yəni gündə beş dəfə ALLAHa səcdə etməyərək ona qarşı çıxırsan. Men sənin yanında bir daha lənətlənərəm deyə ALLAHdan qorxaram səninlə yoldaşlıq etməkdən imtina edirəm. Sənin vəziyyətin məndən də pisdir… – deyə cavab verər.