Heç kəsin mehşur olacağına inanmadığı ən uğurlu biznes layihələri

Apple

“Əgər telefon bazarının 1 %-ni Apple telefonları tuta bilsə, demək ki, hər şey yaxşı olacaq”-bu fikirləri 2007-ci ildə ilk “iPhone” telefonu işıq üzü görəndə Stiv Cobs demişdi. Baxmayaraq ki, o zamana qədər şirkət yetərincə məşhur idi. Buna baxmayaraq Cobs özü bu barədə belə düşünürdüsə, onda 1976-ci ildə şirkət yarananda nə demək olardı?  Bəlkə də o, kiçik, nəm qarajda özünün ilk təcrübələrini edəndə gələcəyin nəhəng şirkətini yaradacağına özü belə inanmayıb.

Ondan bir müddət sonra şirkətin yaradıcılarından biri olan Ronald Ueyn Apple-ın ilk loqotipini – “Apple I”i kompyüteri üçün yaradır. Bu ağacın altında əlində alma olan İsaak Nyuton idi. 2 həftədən sonra isə o, öz səhmlərini 800 dollara şirkətə satır və gələcəkdə onlara qarşı heç bir iddiası olmayacağı haqqında sənəd imzalayır.

Şirkətin indiki dəyəri ilə Ueynin səhmləri 35 milyard dollar civarında ola bilərdi.  Hal-hazırda Ronald köhnə marka satan sadə təqaüdçüdür.


Twitter
Məşhur sosial şəbəkələrdən biri sayılan “Twitter” “Odea” şirkətində işçilərin daxili yazışmalarına görə qurulmuşdu. Bəlkə də hal-hazırda “Odea”nı wikipediyadan başqa xatırlayan yoxdu.  Məhz  o zaman “Twitter” adlanan sistem əməkdaşların “Hal-hazırda nə işlə məşğulsunuz? ” sualına qısa cavab vermək üçün yaradılmışdır.  O 2006-ci ilin yayından yavaş-yavaş popularlaşmağa başlayır, 2007-ci ilin aprelində Texas ştatında keçirilən “SXSW” festivalından sonra isə ilk böyük auditoriyasını qazanır.Bir gecənin içində sistemi minlərlə insan izləməyə başlayır.

Hal-hazırda  “Twitter”in 300 milyon istifadəçisi var. İllik gəliri isə  nə az, nə çox, düz 2,4 milyard dollardır.

 

Kriptovalyuta

2009-cu ildə  kriptovalyuta yarananda heç kəs bitkoinin geniş təbəqə arasında məşhurlaşacağına inanmırdı. İqtisadçılar onun tezliklə iflasa uğrayacağına əmin idilər.  Çoxu isə lap uğur qazanacağı təqdirdə belə, dünyanın güclü dövlətlərinin nəzarətdə saxlaya bilmədikləri valyutanının inkişafına mane olacaqlarını düşünürdü.

Bitkoini kəşf edən yapon Nakomi Satamoşi 2009 –cu ildə ilk 50 kriptovalyutanı əldə edir. Sonra o, İT biznes forumunda bitkoini tanıtmaq üçün səmərəli təklif hazırlayıb iş adamlarına yollayır. Minlərlə insanın içindən yalnız bir nəfər Nakominin təklifinə müsbət cavab verir. O gündən sonra Bitkoinin sərmayəsi durmadan artır və birjalarda layiqli yerin tutur. İlk dəfə 2009-cu ilin oktyabr ayında bitkoint  “New Liberty Standard” birjasına çıxarılır. Onda 1 dollara 1309 bitkoin almaq olardı. 12 iyul 2010 ci ildə kriptovalyutanın qiyməti 100 dəfə artmışdı. Sonralar isə onun qiyməti 20.000 dollara qədər yüksəldi.


Airbnb
2008- ci ildə Brayan Ceski adlı şəxs bəzi iş adamlarına onun turizm proyektinin yaradılmasına sərmayə qoymaq üçün maraqlı təklif yollayır. Gələcəyin milyarderi yeddi iş adamından rədd cavabı alır. Brayanın yaxınları da işin uğur qazanmasına inanmırdılar. “Axı kim internet vasitəsilə başqa yerdə, tanımadığı insanı tapıb onun evində gecələmək istəyər?”-deyə öz fikirlərini ondan gizlətməyənlər də olur. Çünki proqram məhz bu xidməti təklif edirdi.

“Y Combinator” adlı şirkət isə Brayanın təklif etdiyi proqrama sərmayə qoymağı qərara alır. Məhz bu qərar onun gələcəkdə nəhəng bir korporasiyaya çevrilməsinə təkan verir. Turistlər üçün gecələməyə məkan axtaran bu sistemin dəyəri hal-hazırda 3.4 milyard dollardır. “AirBnB” saytından indiyə qədər 150 milyon insan yararlanıb.

2017-ci ilə qədər şirkətin təmiz gəliri 93 milyon dollar olub.

SpaceX

2002-ci ildə o illərdə az tanınan iş adamı İlon Mask Marsa səfər etmək üçün kosmik gəminin yaradılması haqqında danışanda heç kəs ona inanmırdı. Bəziləri isə onun sayıqladığını belə düşünürdülər. Əvvəl Falkon raketinin hazırlanmasına nəzərdə tutulduğu vaxt 15 aydan 4 ilə qədər uzanır. Bundan başqa ilk 3 uçuş uğursuz olur. Baxmayaraq ki,  3-cü raket kosmosa NASA-nın hərbi kosmik gəmisini və 2 mikropeyki çıxarmalı idi.
Axırıncı uçuşdan düz 1 il 2 gün sonra İlon Maskın ilk kosmik gəmisi Marsa uğurlu eniş edir. Mask sonradan boynuna alır ki, əgər 4 cü raket də uğursuz olsaydı, o, ümumiyyətlə, bu işdən əl çəkəcəkdi.

Bu uğurlu uçuşdan sonra şirkət durmadan inkişaf edir və dövrün ən nəhəng sərmayəsi olan korporasiyaya çevrilir.  Mask bundan sonra bir çox sazişlərə və uğurlu layihələrə imza atır.

Şirkətin sərmayəsi haqqında dəqiq məbləğ məlum deyil, lakin 2018-ci ilin iyul ayına qədər “SpaceX” uçuş üzrə sazişlərin 65%-nə sahib idi…

Yazar. Vüsalə Balayeva

Mənbə. Ölkə.az