Adam ol, atan kimi eşşək olma!

 

Osmanlının məşhur tarixçi Əbdürrəhman Şərəf Bəy, Galatasaray Litseyində tarix dərsləri keçirmiş. Əbdulhəmid cahil və mədəniyyətsiz paşalardan birinin uşağına sinifdə hər kəsin içində:
– Adam ol, atan kimi eşşək olma, deyər.
Uşaq müəllimin bu sözünü dərhal atasına yetişdirər. Paşa çox hirslənər. Müəllimin həddini bildirmək üzrə məktəbə gedər. Müəllim, müdirin otağına çağırılar. Paşa hiddətlə:
– Hocaəfəndi, mən bir paşayam. Mənə eşşək deməyə nə haqqınız var, nə cəsarətdir bu?- deyər.
Əbdürrəhman Şərəf Bəy:
– Nə əlaqəsi var paşam. Mən elə bir şey söyləmədim. Həm sizi tanımam ki, deyər.
Paşa:
– Bəli söyləmisiniz. Tələbəniz olan oğuluma, “Adam ol, atan kimi eşşək olma!” -demisiniz.
Əbdürrəhman Şərəf Bəy:
– Həəə… Bəli… Uşağınızı dərsini çalışmadığı üçün danladım. Lakin sözlərimlə sizə təhqir etmədim. Əksinə sizi nümunə göstərdim. Adam ol atan kimi!… Eşşək olma, dedim -deyər.
Paşa söyləyəcək söz tapa bilməz. Müəllimə təşəkkür edərək məktəbdən ayrılar.

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.