Dişlərə qənim kəsilən şəkərlə mübarizənin ən asan yolu

Şəkər diş sağlamlığı üçün ciddi təhdiddir. Çünki şəkər dişlərdə çürük yaradan mikroorqanizmlərin qidalanmasına münbit şərait yaradır və diş əti xəstəliyinə zəmin hazırlayır.
Həddindən artıq şəkər işlədilməsi ağızda turş mühit yaradır. Daha doğrusu şəkərli qidalar dişlərin səthinə, xüsusən də mina təbəqəsinə yapışaraq, karbonhidrat molekullarının toplanmasına yol açır. Dişin  üstünə yığılan şəkərli qalıqlar, asanlıqla turşulaşmağa səbəb olduğu üçün də dişlər sürətlə çürüyür.
Gün ərzində şirniyyat yedikdən sonra diş fırçalama imkanınız olmayan  yerlərdə ağzınızı su ilə yaxalayın.  Və ya bir stəkan su için. Ağızda şəkər qalığının qalmaması üçün su çox faydalıdır.

Suyun digər bir faydası da ağız qoxusunu təmizləməyə yardımçı olmasıdır.  Dişlərin arasına, emal təbəqəsinə yığılan qalıqıar uzun müddət qaldıqda iyə səbəb ola bilər. Ağızda şəkərli tüpürcəyin azaldılması üçün su içilməsi  ağız sağlamlığı baxımından əhəmiyyətlidir.
Dişləri qorumağın praktik yollarını təqdim edirik:
Şəkərli qidalardan və şirniyyatdan dərhal sonra böyük bir stəkan su üçün.
Şirniyyat yedikdən sonra dişləri fırçalayın.
Təmizləmək mümkün olmasa, ağzınızı bol su ilə çalxalayın.
Şirniyyatdan sonra bir kök və xiyar yemək də faydalıdır. Yerkökü çox çeynəmə tələb etdiyi üçün, ağızdan şəkər qalıqlarını təmizləyə kömək edir.
Aparılan araşdırmalar pendirin diş və diş əti sağlamlığında ciddi müsbət təsiri olduğunu göstərib. Buna görə də şirniyyatdan sonra bir parça pendir yemək də faydalıdır.
Şəkərsiz saqqız çeynəmək diş üstündəki artıq qalıqları təmizlədiyi üçün faydalıdır.
Mənbə.maide.az