Gürcülər Gəncə qapılarını niyə apardılar? Qisas yoxsa?… — TARİXİ FAKTLAR

gence qapıları niye aparıldı ile ilgili görsel sonucu Gəncə qapıları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Bu nadir sənət incisi 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır. Bəs görəsən gürcülər niyə məhz qapını çıxarıb aparıblar? Qapının digər tayı haradadır?

arixçi-alim Əkbər Nəcəf cavablandırıb.

 

gence qapıları niye aparıldı ile ilgili görsel sonucu

Gürcistanın Kartli-Kaxetiya hissəsində mövcud olmuş Baqratuni krallığının Gəncə qapılarını niyə apardığı hər zaman sual doğurub. Bunun başlıca səbəbi Bizansın vassalı olan Baqratunilərin Bizans adına müsəlmanlardan daha əvvəl meydana gələn bir hadisənin qisasını almaq idi.

Belə ki, IX əsrdə Xəlifə Mötəsim-billah türklərdən meydana gələn ordusu ilə Bizansa məxsus Anqor və ya Ankir (indiki Ankara) qalasını ələ keçirərkən qənimət olaraq qalanın qapılarını çıxatdırıb Bağdada gətirilməsini əmr etmişdi. Həmin qapılar Bağdadda “Bizansın qapısı” olaraq uzun illər sərgilənmişdir.
Baqrat kralları qıpçaqlardan ibarət gələn orduları ilə Gəncəyə hücum edəndə İslam dünyasının qapısı sayılan Gəncənin qapılarını çıxardıb apararkən “Bizansın qapıları”nı xilas etdiklərini düşünürdülər.

Bu arada tarixdə “qapı siyasəti” çox məşhurdur. Əmir Teymur böyük ustalıq əsəri hesab edilən Herat qapılarını çıxatdırıb Şəhri-Keşə aparmışdı. Novqoroddakı Böyük Sofiya məbədinin qapıları da 1187-ci ildə İsveçin Siqnut şəhərinin qapılarıdır.

Qədim inanc sistemlərində Qapı müqəddəsdir.

Məlum olduğu kimi Gürcüstanda Gelati məbədində qorunan Gəncə qapısı əslində iki taylı olub. Hazırda onun bir tayı qorunur. Qapının digər tayı da XIX əsrə qədər qorunurdu.

Ancaq Rusiya kraliçası II Katerina İmeretiya kralı Solomona Gelati monastırının örtüsünün təmiri üçün bir usta göndərir. Lakin təmir başladıqdan qısa sürə sonra usta ölür. Təmiri davam etdirən işçilər bir müddətdən sonra mismar problemi ilə qarşılaşırlar. Gürcü monarxları da mismar olaraq monastırdakı dəmirdən olan Gəncə qapısının bir tayını parçalanıb mismar kimi istifadə edilməsini əmr ediblər. Beləcə, hazırda Gelati məbədinin dam örtüyündə istifadə edilən mismarlar Gəncə qapısının digər tayından hazırlanmışdır…

Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az