Atlı və kor

Çöl istisində atıyla səyahət edən bir atlı tapmış olduğu bir ağac kölgəsində, həm atı həm də özünün istirahət etməsi üçün bir fasilə verər. Lakin atını o ağaca bağlaya biləcəyi qədər uzun bir incə kəndir tapa bilmədi. Ətrafına baxdıqda işini həll edə biləcəyi bir qalın ağac budağı tapar. O qalın budağı ağacın kölgəsinə çaxaraq atını o budağa bağlar. Ehtiyacı qədər istirahət etdikdən sonra, yola davam etmək üzrə hazırlanar. Elə atını bağladığı o budağı qumdan çıxaracaqkən birden dayanıb düşünər. Mən bu qədər məsafədən gəldim və yolumda yalnız bu ağacın kölgəsindən istifadə edərək

 

yalnız mən deyil, atımda istirahət etdi. Yaxşısımı bu budağı çıxartmayımki , bəlkə məndən sonra başqa bir atlınında atıyla istirahət etmək üçün fasilə verdiyində bu budaqdan istifadə edər, deyib o budağı çıxarmaqdan imtina edər və yola davam edər.
çöl istisində öz başına səyahət edən bir KOR yolçu elə bu ağacın altında fasilə üçün dayanacaqkən ayağı o budağa ilişib birdən yerə düşər. Ay Allah, çölün orasındakı ağacın altındakı bu budağın nə işi vardır deyib, məndən sonra bəlkə başqa bir kor yolçu bu budağa ilişib yerə düşməsin deyə, o budağı yerindən çıxarıb atar.
İndi hansı doğru olanı etmiş deyə özümüzdən soruşduğumuzda , cavabımız nə olar? Görəsən o ağacın altına budağı çaxan özündən sonra gələcək bir başqasını düşünən atlımı , yoxsa ilişib yerə düşüb canını yandırmaması üçün özündən sonrakı başqa bir kor yolçunu düşünən və oradan çıxarıb atan o kor yolçumu?
Əlbəttə ikisi də haqlıdır və özlərindən sonrakı insanları düşünüb vəzifələrini etmiş yerinə yetirmişlər.
Görəsən bizlər , bizlərdən sonra gələcəklərə nələr edirik və saxlayırıq???

Mənbə. kayzen.az