Ness gölü bədheybətinin YENİ FOTOSU ÇƏKİLDİ

Ness gölü bədheybətinin YENÄ° FOTOSU ÇƏKÄ°LDÄ°Ötən həftə Şotlandiyada Ness gölü bədheybətinin ən dəqiq fotosu əldə edilib.

Lox-Ness gölündə yaşayan bədheybət bir nemə əsrdir ki, mövcuddur. Bu barədə yerli sakinlər məlumat verirlər və onu su atı adlandırırlar.

Artıq fotoaparatlar ixtira edildikdən sonra insanlar Ness gölünə gələrək bədheybəti lentə almağa çalışdılar. Amma bütün fotolar çox bulanıq və uzaqdan idi. Fotolardan sadəcə bir şey aydın idi-bədheybətin kiçik başı, uzun boynu var.

 

Ötən həftə isə turist rəhbəri Rikki Filipps Ness bədheybətinin yeni fotosunu çəkib. Fotoda bədheybətin başı açıq-aydın görünür. Fotodan da məlum olduğu kimi onun başı dinozavr başına, ağzı isə quş dimdiyinə bənzəyir.

Rikki uzun illərdir ki, turistləri Lox-Ness gölünə aparır. Fotonun çəkildiyi gün isə ekskursiyadan sonra turistləri katerlə gəzintiyə göndərib, özü isə sahildə istirahətə yollanıb. Suya yaxınlaşanda isə qəribə məxluqla üzləşib:

“Onun rəngi boz idi və mənə quşu xatırlatdı. Başı futbol topu böyüklüyündə, boynu isə çox uzun, 90-120 sm olardı. Başında yal var idi, gözlərini gördüm”.
Filipps bildirir ki, quşların dinozavrlardan yarandığını bu bədheybəti gördükdən sonra xatırlayıb:
“Onun boynunda dəri nəsə var idi. Bütün bunlar çox qəribə idi”.

Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az

Bir Cevap Yazın

Your email address will not be published.