Bostanı və tövləsi olan HOLLİVUD ULDUZLARI — FOTOLAR

Bostanı və tövləsi olan HOLLİVUD ULDUZLARI

Hollivud ulduzları da fermer təsərrüfatı ilə məşğul olurlar.

 


Cennifer Eniston

Aktrisa əri Castin Teru ilə toyuq hini olan ev alıb. Cennifer dostlarını kənd yumurtasına qonaq edir. Aktrisa toyuqlarını çox sevir və onlarla “söhbət edir”.

Eniston iddia edir ki, toyuqlar çox sosialdırlar və onlara insan kompaniyası vacibdir. Aktrisa toyuqlarını makarona qonaq edir.

Heyden Kristensen

Heydeni traktorun sükanı arxasında təssəvvür etmək çətin olsa da, bu, reallıqdır. Aktyorun 80 hektar ərazisi olan rançosu var. O, vaxtının çoxunu burada keçirir və evi ilə bağına özü qulluq edir.

Bunun üçün isə xüsusi olaraq traktor idarə etmə kursuna gedib. Kristensen alma ağcları əkmək istəyir və tərəvəz üçün istixanalar tikmək niyyətindədir. Bundan başqa yasəmən sahəsi də onun planları arasındadır.


Nikol Kidman
Nikolun iki ferması var: biri Tennesi ştatında, digəri isə vətəni Avstraliyadadır. Aktrisa Avstraliyadakı fermasında mal-qara saxlayır. ABŞ-dakı fermada isə müxtəlif heyvanlar yaşayır.

Onun rançosunda hind quşu, alpak, marallar sərbəst gəzir. Bundan başqa Nikol bir neçə növ tərəvəz də yetişdirir. Fermanın 15 hektar ərazisi var.


Mark Ruffalo
Aktyor Mark da kənd həyatını xoşlayır. Onun 20 hektar ərazisi olan ferması var. Mark burada arvadı və uşaqları ilə yaşayır. Fermanın böyük hissəsi çiyələk plantasiyasıdır.

Ruffalonun böyük planları var. Tezliklə rançoda qoyun sürüsü olacaq. Maraqlıdır ki, ferma ərazisində təbii qaz yatağı var. Amma Mark qazın çıxarılmasına etiraz edir.


Culiya Roberts
Culiya da Nyu-Meksiko ştatındakı fermada yaşamağı xoşlayır. O, bildirir ki, ferma yaxşı əhval-ruhiyyə fabrikidir. Robertsin fermada sevimli məşğuliyyəti atlara qulluq etməkdir. Aktrisa uşaqlıqdan atları xoşlayır və at çapmaq onun sevimli məşğuliyyətidir.

Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az