Yandır məktublarımı I Nüsrət Kəsəmənli

Hər sətir üstünə titrəyib əlim
Sətirlər qəlbimdən od alıbdırlar.
Mən sənə bir dəfə aldandım,gülüm
Məktublar ömürlük aldanıbdırlar.

Məni xatırlama özgə ol,yad ol.
Oyuncaq olmasın məktublar barı,
Ömründə bircə yol alicənab ol
Yandır xatirələrimi – o məktublari.

Orda ürəyimin harayı,ahı
Qəlbimin utanqanc sevgisi,yatır.
Orda vüqarımın sınma vüqarı,
Kövrək bir sevdanın sevdası yatır.

Dagılır söhrətin dumanı,çəni
Udar bir ac balıq inci tək seni
Yazdığım toxumlar ac toxum kimi
Bir gün göz yaşını içəcək sənin.

Məktublar içində nəyim nələrim
Alovlu sətirlər gizli qəm kimi.
Yandır məktublar, xatirələrim yansın
Külə dönsün qoy Kərəm kimi.

Sənə ümid dolu dikilən gözlər
Yenə xatirələrdə donub qalandır.
Əlim əsə-əsə yazdığım sözlər
O zaman düz idi, indi yalandır

Həyatın özündə sınadım səni,
Demə bahar idim, indisə qışam
Yaxşıki sonradan tanıdım səni,
Yaxşı ki, ömürlük aldanmamışam.

Bir Cevap Yazın

Your email address will not be published.