2018-ci ildə bütün dünyaya DAMĞASINI VURAN HADİSƏLƏR

2019-cu ilə bir neçə gün qalıb.

Bütün dünyada sənətdən siyasətə, maqazin dünyasından elmə qədər 2018-ci ilin ən unudulmaz hadisələrini toplayıb. 2018-ci ilə damğa vuran hadisələri oxucularımıza təqdim edirik.


Zombie ilə vidalaşdıq

“Zombie”, “Linger”, “Animal İnstincts”, “Promises” kimi mahnılarla 1990-cı illərə damğasını vuran irlandiyalı rok qrupu “The Cranberries”in solisti Dolores Oriordanın meyiti 15 yanvar tarixində Londonda bir oteldə tapılıb. 46 yaşlı Doloresin spirtli içkidən zəhərlənərək öldüyü bildirilir.

 


Fatih Akın “Qızıl Qlobus” qazandı

Türk əsilli alman rejissor Fatih Akın “İn the Fade” adlı filmi ilə sayca 75-ci “Qızıl Qlobus” mükafatlandırmasında “ən yaxşı xarici film” mükafatına layiq görülüb.


İslandiyada bütün dünyaya nümunə olan qadağa
2018-ci ilin ən yaddaqalan hadisələrindən biri İslandiyada meydana gəlib. Artıq iş yerlərində kişilərə qadınlardan çox maaş verilməyəcək. Bu, qadağan edilib.


İngiltərə tənhaların səsini eşitdi

İngiltərədə qəribə hadisə baş verdi və tənhalıq məsələləri üzrə nazirlik quruldu.


Elmi fantastikanın “anası” həyatla vidalaşdı

Bir sıra əfsanəvi kitabların yazıçısı Ursula Le Quin 88 yaşında vəfat edib.


İlon Maskdan bir ilk

İlon Mask qurucusu olduğu “SpaceX” şirkəti dünyanın ən güclü raketini kosmosa göndərdi.


Ceff Bezos dünyanın ən varlı adamı oldu

“Amazon” şirkətinin qurucusu və baş direktoru Ceff Vezos dünyanın ən varlı adamları siyahısında 112 milyard dollarlıq sərvəti ilə birinci yerə çıxıb. Siyahını “Forbes” şirkəti hazırlayıb.


6 il sonra Romaya qar yağdı

İtaliyanın paytaxtı Romaya 2012-ci ildən sonra ilk dəfə 2018-c ildə qar yağdı. İllər sonra qar yağdığı üçün məktəblər tətilə buraxıldı. Küçələri təmizləmək üçün isə ordu şəhərə yeridildi.


“PAOK” klubunun sahibi silahla sahəyə girərək hakimi hədələdi

Yunanıstanın “PAOK” futbol klubunun sahibi İvan Savvidis “AEK” ilə keçirilən oyunda silahla sahəyə enərək hakimi hədələyib. Bundan sonra Yunanıstanda liqa oyunları təxirə salındı


İsveçrədə qısqanclığa səbəb olan hadisə

İsveçrədə bütün dünyanın qısqanclığına səbəb olan hadisə baş verdi. Federal Məclisin üst qanadı olan Əyalətlər Məclisi gündəm olmadığı üçün açılış etmədi.


Stiven Hokuinq vəfat etdi

Dünyanın ən məşhur fiziklərindən olan, ingilis alim, astronom və yazıçı Stiven Houkinq vəfat edib. 21 yaşında müalicəsi olmayan ALS xəstəliyinə yoluxan alimin bu xəstəlikdən vəfat etdiyi ehtimal edilir.


Məşhur hakerin meyiti tapıldı

“New York Times”, “Microsoft” və “Yahoo” kimi sistemlərə sızmağı bacaran 37 yaşlı Adrian Lamo adlı hakerin meyiti evində tapıldı. Lamo ABŞ ordusunun gizli məlumatlarını oğurlamaqda ittiham edilirdi.


Məşhur Youtuber “Youtube”a silahla hücum etdi

İranda yaşayan, azərbaycanlı Nasim Nəcəfi Ağdam “Youtube”un Kaliforniya ştatındakı əsas ofisinə silahla hücum etdi. 4 nəfəri yaraladıqdan sonra isə intihar etdi.


Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını sızdırdı

“Facebook”un qurucusu Mark Zukerberq 87 milyon istifadəçinin məlumatlarını İngiltərədəki “Cambridge Analytica” şirkətinə verdiyini etiraf etdi. İfadə verən Mark üzr istədi.


Serj Sarkisyan istefa verdi

Ermənistanda keçirilən etiraz aksiyalarından sonra Ermənistanın baş naziri Serj Sarkisyan “Küçələrdən gələn tələbi yerinə yetirirəm” açıqlamasını verərək istefa verdi.


İki lider görüşdü

Şimali Koreya lideri Kim Çen İn ilə Cənubi Koreya lideri Mun Ce-inlə görüşdü. Tərəflər iki ölkə sərhədindəki Sülh Evində əl sıxışdılar.


Dəhşətli qəzada cəmi 3 nəfər sağ qaldı

Kubanın paytaxtı Havanadan havaya qalxan “Boeing 737” tipli sərnişin təyyarəsi bir neçə dəqiqə sonra yerə çırpıldı. 104 sərnişin və 9 ekipaj üzvündən cəmi 3 nəfər sağ qaldı.


İrlandiyada abort qadağası ləğv edildi

İrlandiyada abort qadağası ilə bağlı qərar üçün referendum keçirildi. Referendum nəticəsində abort qadağası ləğv edildi.


İspaniyada Sosialistlər hakimiyyətə gəldi

İspaniyada baş nazir etimad səsverməsi ilə vəzifəsini itirdi. Yeni baş nazir isə Pedro Sançes oldu. Beləliklə, sosialistlər yenidən iqtidara gəldilər.


Yunanıstanda dəhşətli yanğınlar

Yunanıstanın paytaxtı Afina yaxınlığında günlərlə davam edən yanğınlarda onlarla insan və bir çox canlı heyvan tələf oldu. Yanğın söndürüldükdən sonra isə külə dönmüş meşələr üzə çıxdı.


Birjada dəyəri 1 trilyonu keçən ilk şirkət

Texnologiya sahəsində bütün dünyanı təsiri altına alan “Apple” şirkətinin dəyəri 1 trilyon dollar olan ilk şirkət oldu.


Son 70 ildə 300-dən çox uşaq kilsədə zorlanıb

ABŞ-ın Pensilvaniya ştatında son 70 ildə 300-dən uşağın Katolik rahiblərin cinsi zorakılığına məruz qaldığı açıqlandı. Ştatın baş prokuroru Kilsəni cinsi zorakılığı ört-basdır etməkdə günahkar bildi.


Areta Franklin vəfat etdi

18 “Grammy” mükafatı qazanan “Soul” musiqisinin kraliçası amerikalı Areta Franklin 76 yaşında həyatla vidalaşdı.


Türkiyə və Rusiya prezidentləri razılığa gəldi

Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Ərdoğan ilə Rusiya prezidenti Putin silahlardan təmizlənmiş bölgə qurmaq üçün razılıq əldə etdilər.


İndoneziyada 1000-ə yaxın insan həlak oldu

İndoneziyada 7.7 bal gücündə zəlzələ, ardınca isə sunami baş verdi. Minə yaxın insan həlak oldu.


1.4 milyon dollarlıq rəsm özünü məhv etdi

Küçə rəssamı Banksinin 1.4 milyon dollara satılan “Qırmızı şarlı qız” əsəri satıldıqdan sonra özünü məhv edib.


Kanadada marixuana leqallaşdı

Kanadada marixuana leqallaşıb. Uruqvaydan sonra marixuananı leqallaşdıran ikinci dövlət Kanada oldu.


Şineyd Okonnor İslamı qəbul etdi

İrlandiyalı məşhur müğənni Şineyd müsəlman olduğunu açıqladı. Okonnor “Müsəlman olduğum üçün qürur duyuram” açıqlamasını verdi.


Qəhrəmanların qəhrəmanı vəfat etdi

“Spider Man”, “İron Man”, “Fantastik dördlük” “X-Men” və “Marvel” kimi dünya qəhrəmanlarını yaradan Sten Li 95 yaşında həyatla vidalaşdı.


NATO-nun ilk qadın qərargah rəisi Alenka Ermens oldu

Sloveniyada ordu baş qərargah rəisi vəzifəsinə general Alenka Ermens seçildi. Beləcə Ermens bir NATO ölkəsində bu vəzifəyə təyin edilən ilk qadın oldu.


Fransada “Sarı jiletlilər” üsyanı

Fransada dizel yanacağı qiymətinə edilən artım səbəbindən etiraz edən “Sarı Jiletlilər” 1968-ci ildən bu yana ən şiddətli etiraz aksiyalarına imza atdılar.

Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az