Balaca qızın hədiyyəsi

balaca kiçik qızın hədiyyəsi

Ata 3 yaşındakı qızını, bahalı bir hədiyyə bağlama kağızını xarab etdiyi üçün danlamışdı. Kiçik qız, böyük bir paket qızıl zərli kağızı bir qutunu çox da səliqəli olmayan bir şəkildə bağlamaq üçün istifadə etmişdi…Bayram

səhəri kiçik qız paketi gətirib Bu sənindir atacan” dediyində ata kədərləndi, görəsən həddindən artıqmı reaksiya vermişdi qızına… Dünən gecə etdiyindən utandı…Halbuki, paketi açdığında yenidən hirsləndi. Qutunun içi boş idi... Qızına yenə qışqırdı:
– Birinə bir hədiyyə verdiyində, qutunun içində bir şey olması vacibdir. Bunudamı bilmirsən?!
Kiçik qız gözlərində yaşlarla atasına baxdı:
– O qutu boş deyil ki ata, – dedi,- İçini öpüşlərimlə doldurmuşdum.
Ata çox pis oldu… Qaçdı… Qızını qucaqladı… Bərabərcə ağladılar.

Mənbə. kayzen.az