Bir daşla iki quş (iran hekayəsi)

Adamın tənbəlmi tənbəl bir xidmətçisi vardı. Bir gün onu üzüm və əncir almağa göndərdi, amma xidmətçi yalnız üzümlə çıxıb gəldi.
– Mən sənə demədimmi, sənə bir iş versəm iki iş birdən et deyə ha?
Təsadüfən, əfəndi o gün xəstələndi. Xidmətçini həkim çağırmağa göndərdi. Xidmətçi də həkimin yanında iki dənə də məzarçı gətirmişdi.
Əfəndi xidmətçisinə xitab edib soruşdu:
– Niyə gətirdin bu məzarçıları ?
– Əfəndim, sənə bir iş versəm iki iş birdən edəcəksən demədinizmi? Məndə, müalicə etsin deyə həkim gətirdim. Müalicə xeyir etməz də ölsəniz, məzarçı hazır olsun heç olmasa dedim!

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.