Çində buz şəhəri – (FOTO-lar)

Çinin Harbin şəhərindəki Buz və Qar Dünyası Əyləncə Parkı ziyarətçilərin marağına səbəb olub.

Ölkənin şimalındakı Heilonqjanq əyalətində yerləşən bir parkda hər şey qardan hazırlanıb.

Parkda saraylardan tutmuş heyvan fiqurlarınadək çox sayda sənət əsəri yer alıb.

Ziyarətə açılan nəhəng əyləncə parkında buz sənətkarları öz fəaliyyətlərini davam etdirir.

 

110 min kub metr buzdan istifadə edilən əyləncə parkında yeddi min nəfər işləyir.

Mənbə. oxu.az