Müdrikliyin sirri

Ərəbistan yarımadasında bir Şeyx müdrikliyin sirlərini tapmaq üçün hüzuruna gələnləri növbə ilə qəbul edirdi.. Görüşmələrdə qəribə bir incəlik  var idi. Bu incəlik ondan ibarət idi ki : Şeyxin hüzuruna gələn hər elm sahibi izah etmək istədiklərini, Şeyxə məhz danışmadan anlatmalı idilər. Eləcədə Şeyx onlara danışmadan qarşılıq verməli idi.

Bir gün Şeyxin ibadətgahına bir bədəvi gəldi. Məqsədi, Şeyxin yanında qalıb elm öyrənmək idi. Amma bunu dil ilə deyil, müdrik bir üsulla bildirməli idi Şeyxə.  Bədəvi ibadətgahın qapısında dayandı və gözlədi. Bu hissi görüşmə idi. Bir müddət sonra qapı açıldı, Şeyx qapıda dayanan bədəviyə baxdı. Hissi salamlaşmadan sonra, sözsüz danışmaları başladı.

Gələn Bədəvi Şeyxin yanında qalmaq və elm öyrənmək istəyirdi. Bunu anlayan Şeyx ibadətgahı tərk etdi. Bir müddət sonra əlində ağızına qədər suyla dolu bir qabla qayıtdı. Və qabı bədəviyə uzatdı.  Bu, yeni bir bədəvini qəbul edə bilməyəcək qədər doluyuq demək idi. Bədəvi ibadətgahın bağçasına getdi.
Yerdən bir gül yarpağı götürüb qabdakı suyun üstünə buraxdı. Gül yarpağı suyun əsasında üzürdü və su daşmamışdı.
Şeyx gülümsədi və böyük sevinclə həmən bədəvini içəriyə dəvət etdi. Və dil ilə dedi :
Suyu daşırmayan bir gül yarpağına hər zaman yer vardır.

Bir Cevap Yazın

Your email address will not be published.