Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi (Nizami Gəncəvi)

nizami gencevi ile ilgili görsel sonucu

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi.

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi getmək dəmidir, söylə nə istərsən, yar?
Bir öpüş istədim ondan, yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami, dedi, birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

Bir Cevap Yazın

Your email address will not be published.