Dram film məsləhətləri

salman khan filmleri ile ilgili görsel sonucuBu filmle Başlayın baxmaqa Sevginin gücü

 

Ən son nə zaman güclü emosiyalar keçirdiyinizi və ssenarinin sizi necə təəccübləndirəcəyi barədə baş sındırdığınızı xatırlamırsınızsa, bu seçmə sizin üçündür.

The Judge

Vəkil anasının yasında iştirak etmək üçün doğma şəhərinə qayıdır. Növbəti zərbə özünü gözlətmir: onun atası, qətl törətməkdə şübhəli bilinir. Vəkil, doğma şəhərində qalaraq, qohumlarını yaxından tanıyıb, həqiqəti kəşf etməyə qərar verir.

 

Don’t Worry, He Won’t Get Far on Foot

Baş qəhrəman hətayın dadını çıxarmaqla məşğul idi. Ta ki, qəza keçirənə qədər. Əlil arabasına məhkum olan qəhrəmanın artıq həyata qarşı marağı qalmayıb. Film ABŞ-ın məşhur karikaturistinin həyatından bəhz edir.

The Next Three Days

Con sadə bir müəllimdir. Onun gözəl həyat yoldaşı və kiçik oğlu var. Bir gün onun qüsursuz həyatı alt-üst olur. Conun həyat yoldaşı cinayət törətməkdə təqsirli bilinir. Hakimlərin köməyi ilə həyat yoldaşını xilas edə bilməyən qəhrəman sevdiyini qaçırmaq qərarına gəlir. Və son anda o, özünə sual verir: həqiqətənmi, onun həyat yoldaşı təmizdir?

Wildlife

Yeniyetmə gənc valideynlərinin boşanması ilə barışa bilmir. Bu, onun üçün dünyanın sonudur. O, böyüklərin də bəzən zəif və çarəsiz olduğunu anlamağa başlayır.

La ragazza nella nebbia

Yeni İl ərəfəsində kiçik bir şəhərdə 16 yaşlı qızcığaz itkin düşür. Məşhur müfəttiş işi öz üzərinə götürür, ancaq 16 yaşlı gənci tapmaq heç də asan olmur.

Mənbə.bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.