Kovboylar haqqında lətifələr

  1. Kovboy əlində tapança gedir.
    — İki kərə iki neçə edir?
    — Bilmirəm.
    — Part! Axmaqları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Nəyinə gərək?
    — Part! Kobudları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Neçə lazımdır?
    — Part! Yaltaqları sevmirəm!
    — İki kərə iki neçə edir?
    — Part! Hər şeylə maraqlananları sevmirəm!
  2. Texasda opera premyerası.
    — Ata, müğənni oxuyanda niyə yellənir?
    — Hərəkət edən hədəfi vurmaq çətindi, oğlum!
  3. Kovboylar yeməkxanada viski içir. Birdən oraya yaralı kovboy girir:
    — Özünüzü qoruyun – deyir və ölür.
    Heç kəs ona fikir vermir. Bu vaxt ikinci yaralı kovboy daxil olur:
    — Özünüzü qoruyun, Ağ Bill gəlir – deyib ölür.
    Yenə heç kəs fikir vermir. Bu vaxt üçüncü yaralı kovboy daxil olur:
    — Özünüzü qoruyun, Ağ Bill gəlir. Hamını öldürür və qarət edir. Kovboylar ayağa qalxmaq istəyəndə kandarda ağ paltarlı, silahlı bir kovboy görürlər:
    — Puularınız çıxarın, əllərinizi boynunuzun dalına qoyun – deyir o.
    Nə etməli? Pulları qoyurlar. Ağ geyimli kovboy pulları kisəyə yığıb deyir:
    — İndi özünüzü qoruyun, Ağ Bill gəlir.

 

kovboylar

4.Co və Bill dağlarda gəzirlər. Billi ilan vurur. Co radiotelefonla həkimə zəng edir. Həkim deyir ki, zəhəri yaradan sormaq lazımdı. Bill soruşur:
— Həkim nə dedi?
— Dedi ki, öləcəksən!

5.Qoca kovboy ölür. Ətrafında qohumları, varisləri və həkim var.
— Oğrular, yirtıcılar, qaniçənlər… – deyə o zarıldayır.
Həkim deyir:
— Hər şey qaydasındadır. O, hələ özününküləri yaxşı tanıyır…

6.İki kovboy rastlaşır.
— İşlər necədi?
— Pis. Arvadım ayağını sındırıb.
— Axırı necə olacaq?
— Güllələməli oldum….

7.-Təəccüblənirəm, Luiza. Neçə ildi, Billə yaşayırsan, bir dəfə də dalaşmayıbsınız.
— Toydan sonra Bill ilə rançodan qayıdırdıq. Birdən atın ayağı sürüşdü. Bill dedi: «Bir». At ikinci dəfə sürüşəndə Bill dedi: “İki”. At üçüncü dəfə sürüşdü və Bill “üç” deyə qışqırdı və tapançanı çıxarıb atı öldürdü. Mən dedim: “Bill, sən nə etdin? Bizim ən yaxşı atımızı öldürdün!”. Bill dedi: «Bir».

8.Qoca kovboy gənc kovboyu həkimə göstərir:
— Doktor, kürəkənimə kömək et. Dünən onun qıçından güllə ilə vurmuşam.
— Bu, yaxşı deyil. Adam öz kürəkənini vurar?
— Mən onu vuranda hələ kürəkənim olmağa razı deyildi.

9.Kovboy bara girib 15 butulka pivə sifariş verir:
— Atım içmək istəyir!
At içir, kovboy pulu ödəyir. Təəccüblənmiş barmen soruşur:
— Bəs özünüz içmirsiniz?
— Nə danışırsız? Mən sükan arxasındayam!

10.Vəhşi Qərbdə.
— Ay yetim, al bu konfeti.
— Mən yetim-zad deyiləm, o dee atam dayanıb..
Kovboy tapançanı çıxarıb kişini vurur.
— Ay yetim, al bu konfeti .

11.Kovboyun atı ölür. O, düzün ortasında üç sutka piyada gedir. Bir də görür ki, bir bitulka var. Ordan bir cin çıxıb deyir:
— Nə arzun varsa de, yerinə yetirim.
— Evə getmək istəyirəm.
Cin onun əlindən tutub dartır:
-Getdik!
Kovboy acıqlanır:
— Mən evə tez çatmaq istəyirəm!
— Onda qaçdıq…

 

Mənbə: Gülnarə Rəfiqin tərcümələri

Mənbə.Kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.