Robin Williams və onun möhtəşəm obrazları

Robin Williams bambaşqa bir aktyor idi. Onun xarizması və istedadı birləşdiyi zaman unudulmaz qəhrəmanlar ortaya çıxırdı. Onun hər bir qəhrəmanı bizə həyati dərslər vermiş və qəlbimizdə iz qoymuşdur.

DEAD POETS SOCIETY

Ədəbiyyat müəllimi John Keating tələbələrinə əzbərləməyi deyil, dərk etməyi öyrədir. Anı yaşayın, həyatınız zənn etdiyinizdən daha maraqlıdır, deyir o. Aktyor müəllim rolunu o qədər gözəl canlandırır, Şekspiri o qədər gözəl oxuyur ki, həmin tələbələrin arasında olmağı istəməmək əldə deyil!

AWAKENINGS

Karyerası boyunca bir çox həkim rolunu canlandırmışdır. Bütün bu həkimlər insanın təkcə bədəninə deyil, həm də ruhuna məlhəm olmuşdur. Bu filmdə də Dr. Malcolm Sayer ağır xəstələri həyata qaytarmağın yolunu tapır və xəstələrin qəlblərini yenidən həyat eşqi ilə doldurur.

GOOD WILL HUNTING

Robin Williams yenidən həkim rolunda. Burada o psixoterapevtdir. O, 20 yaşlı dahiyə özünü tapmağa kömək edir. Məhz bu qəhrəmana görə aktyor «Oskar»-ını qazanmışdır.

WHAT DREAMS MAY COME

Baş qəhrəman avtomobil qəzasına düşür və həyatını dəyişir. Daha sonra o özünü səmalarda tapır. O, dəlicəsinə sevdiyi həyat yoldaşından ayrılmaq istəmir və onu yenidən görmək arzusu ilə çətin bir yola düşür.

PATCH ADAMS

Robin Williams növbəti həkim qəhrəmanı ilə strereotipləri pozur və dünyadaki tək dəhşətli şeyin biganəlik olduğunu sübut edir. Dr Adams, bütün dərdlərin dərmanını kəşf edir. Dərman – gülüşdür. Və o, bütün xəstələrini güldürmək üçün əlindən gələni əsirgəmir.  Faciə və komik janrda eyni anda oynamaq isə hər aktyorun işi deyil, razılaşın.

BICENTENNIAL MAN

Robin Williams bir robotu canlandırır. Bu robot dünyanın ən xeyirxah və ən mehriban robotudur. Daha əvvəl Andrew sadəcə dəmir parçası idi, lakin daha sonra onun hisləri yaranır. O, dostluğun, sevginin, yalanın və xəyanətin nə olduğunu öyrənməyə başlayır..

JACK

Bu film aktyorun istadadının sərhədsiz olduğunu bir daha sübut edir. 40 yaşında ikən Robin Williams 10 yaşında bir uşağı canlandırmışdır. Filmə baxdığımız zaman aktyorun erkən yaşlanma xəstəliyindən əziyyət çəkən Jacki o qədər gözəl canlandırdığını görürük ki, təəccüblənməmək əldə deyil. Film mərhəmət, dostluq, həyatın kiçik sevincləri və ən əsası bütün bunlar üçün heç vaxt yaşlı olmayacağımızı göstərir. Unutmayın, həyat qısadır və o, bir göz qırpımında keçib gedir

Mənbə.bildirchin.az