Öz ətrini neçə tapmalı?

Ətir çanta, sırğa və başqa ətirlər qədər önəmlidir. Gözəl qoxu stilimizi tamamlayır. Bəs bu qədər önəmli aksesuarı necə seçməli? Yaxın oturun, sizlərə sirr açacam!

Bəzən mağazalarda hər hansı bir ətrin qoxusu bizi valeh edə bilir, amma bu o demək deyil ki, dərinizdə də ətirə olan sevginiz eyni qalacaq. Bəs necə anlamaq olar ki, ətir sizə uyğundur ya yox? Bunun üçün sizə bir gün yetərlidir!

 

Ətri istifadə etdikdən 30 dəqiqə sonra qoxu azalır!

Əgər belə halla rastalşmısınızsa düşünməyin ki, ətir qalıcı deyil. 30 dəqiqə sonra ətirin ilk notları gedir, özünüz daha az hiss edirsiniz, ancaq ətrafınızdakılar bu qoxuları hiss edirlər.

Ətrdən sonra əhvalınıza diqqət edin!

Təəccübləndirici olsa da ətrin qoxusu bizim əhval ruhiyəmizə təsir edə bilir. Ətiri istifadə etdikdən sonra əhvalımız gözəldirsə deməli seçimimiz doğru olub. Yox  əgər baş ağrısı və ya dəridə qaşınma varsa deməli ətir dəyişdirilməlidir.

Ətrin qoxusu sizə hər zaman xoş təsir etməlidir!

Əgər səhər ətirin qoxusu xoş gəlirsə, bu o deməkdir ki, yorğun olanda da eyni hissi verməlidir. Əgər elə deyilsən, düzgün ətir seçimi etməmisiniz deməkdir.

Ətrin qoxusu dərinizdə və ya parçada qoxu çubuqlarından daha fərqli olur!

Ətir seçərkən qoxu çubuqlarından seçməyin. Dərinizə də mütləq sıxın. Ətirin notları dəridə daha fərqli olur. Hətta saçlarda daha fərqli, dəridə daha fərqli də ola bilər. Bu səbəbdən də ətir seçimi edərkən bunlara da diqqət etməyinizi məsləhət görərdik.

Hər mövsümün öz ətiri var!

Hər zaman ətir seçimində mövsümü də nəzərə almalısınız, çünki qış ətirlərini daha ağır, yaz ətirləri isə daha şirin notlardan ibarət olur. Bu səbəbdən də daha mövsümə uyğun əhval ruhiyyə üçün seçiminizdə bunu nəzərə almağınız mütləqdir.

Mənbə. bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.