Mətbəxlərdə istifadə olunan hiylələr

  • Çili bibərini sevirsiniz, ancaq onun həddən artıq acılığı sizi qorxudur? Bibərin tumlarının və aralıqlarını kəsin. Daha sonra tərəvəzi yuyun. Qoxu qalacaq, acılıq isə meydanı tərk edəcək.
  • Kartofu yağda qızartmadan necə xırt-xırt olmasını təmin etmək olar? Kartofun üzərinə bir miqdar un səpin və qarışdırın. Daha sonra bişirin.

  • Qaymaqlı şirniyyatın kalori dəyərini azaltmaq üçün qaymağın 3/4 hissəsini yumurta ağı ilə əvəz edin.

  • Tərəvəzləri bişirərkən onları soyuq suya atmalısınız yoxsa qaynayan suya? Cavab çox sadədir: yerin üzərində yetişən tərəvəzləri soyuq, yerin altında yetişənləri isə qaynar suya atmaq gərəkdir.

  • Mükəmməl xəmirin sirri sadədir: unun çəkisi şəkər tozunun çəkisi ilə, yumurtanın çəkisi isə yağın çəkisinə bərabər olmalıdır.

  • Sitrus meyvələrindən bol şirə almağın bir neçə üsulu var. Ən effektiv üsullardan biri isə meyvəni bir müddət isti suda saxlamaqdır.

  • Hər kəs bilir ki, xəmiri yaxşıca yaymaq üçün masanın üzərinə un səpmək gərəkdir. Əgər şirniyyat bişirməyə hazırlaşırsınızsa, unu kakao tozu ilə əvəz edin. Şirniyyat daha ətirli alınacaq.

  • Mükəmməl steyk hazırlamaq üçün tavanı yaxşıca qızdırmaq şərtdir. Tavadan buxar çıxırsa, bişirməyə başlaya bilərsiniz.

 

Mənbə. bildirchin.az

Bir Cevap Yazın

Your email address will not be published.