Yeni Galaxy S10 smartfonlarının Avropadakı qiymətləri məlum olub

Samsung şirkətinin yeni Galaxy S10 seriyasının təqdimatı yaxınlaşdıca internetdə yeni smartfon seriyasının texniki göstəriciləri, render fotoları və hətta real fotoları da yayılıb. Lakin yeni smartfon seriyasının qiyməti barəsində məlumat yox idi. İndi isə bu məlumat da ortaya çıxıb. Belə ki, italiyalı jurnalistlər öz mənbələrinə istinadən yeni flaqman seriyasının qiyməti və satışa çıxma tarixləri barəsində məlumat veriblər. Bu barədə Phandroid saytı xəbər verib.

TuttoAndroid saytının məlumatlarına əsasən yeni Galaxy S seriyasının bütün cihazları flaqman səviyyəyə aid ediləcəklər. Məlumata əsasən qeyd olunmuş qiymət göstəriciləri smartfonların satışa çıxacaqları gün üçün aktualdır. Avropa bazarı üçün isə bu gün 8 mart kimi qeyd olunub. Beləliklə aşağıda Galaxy S seriyasının hər bir modelinin qiymətləri ilə tanış ola bilərsiniz.

6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 Lite – 908$

6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 – 1056$

8 GB RAM və 512 GB daxili yaddaşa sahib Galaxy S10 – 1340$

6 GB RAM və 128 GB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1193$

8 GB RAM və 512 GB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1477$

12 GB RAM və 1 TB daxili yaddaşa sahib Galaxy S10 Plus – 1818$.

Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, smartfonlar müxtəlif rəngə sahib gövdələr ilə satışa çıxacaqlar. Galaxy S10 Lite modeli qara, ağ, sarı və yaşıl rənglərdə, Galaxy S10 modeli qara, ağ və yaşıl rənglərdə, Galaxy S10 Plus modeli isə qara, ağ, yaşıl rənglərdə və keramik materialdan hazırlanmış gövdəyə sahib iki versiyada satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, Samsung şirkəti yeni Galaxy S seriyasını 20 fevral tarixində San Fransiskoda təqdim edəcək.

Mənbə.Technote.az

Bir cevap yazın

Your email address will not be published.