Alimlər: Makedoniyalı İsgəndəri sağ ikən basdıra bilərdilər

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri müəyyən ediblər ki, Makedoniyanın Argey sülaləsindən olan, onlarla qədim ölkəni işğal və özünə tabe etmiş, 32 yaşında dünyasını dəyişmiş hökmdar müalicəsi olmayan ağır avtoimmun xəstəliyindən əziyyət çəkə bilərmiş.

Life.ru-ya istinadən xəbər verir ki, Yeni Zelandiyalı alimlərin hesab etdiyinə görə, Makedoniyalı İsgəndər “Giyen-Barre sindromu”ndan vəfat edib. Bu ağır nevroloji avtoimmun xəstəliyidir və insanın immunitet sisteminin öz periferik sinirlərinə hücumu ilə xarakterizə olunur.

Alimlər məlumat veriblər ki, bu cür xəstəliyin əsas əlamətlərindən biri qismən iflicdir ki, bu zaman da nəbz nəzərə çarpacaq dərəcədə zəifləyir və nəfəsalma yavaşıyır. Həmçinin, göz bəbəkləri də kifayət dərəcədə böyüyür ki, İsgəndəri səfərlərdə müşayiət edən həkimlər xəstəliyin əlamətlərini ölüm kimi dəyərləndirə bilərdilər.

Bu səbəbdən alimlər ehtimal edirlər ki, Makedoniyalı İsgəndəri sağ ikən basdırıblar, baxmayaraq ki, xəstəliyin güclənməsindən bir neçə gün sonra belə dahi sərkərdə sağ olub.

Mənbə.oxu.az

Bir Cevap Yazın

Your email address will not be published.