Hidrosfer Əhəmiyyəti

Hidrosfer- yeri əhatə edən su təbəqəsidir. Dünyanın 2/3-si (71%-i)- yəni 361 mln. km2-i su ilə örtülüdür. Yer kürəsində 1,38 km3 su vardır ki, bunun da 96,5 %-i okean və dənizlərdə cəmləşib. Dünyadakı suyun yalnız 2,53%-i şirindir. Yerin daxilində fiziki və kimyəvi birləşmələr şəklində çox böyük miqdarda su var. Hidrosfer – mantiya və kosmosdan ayrılan suyun hesabına əmələ gəlmişdir.
Əhəmiyyəti: 


1) Yerdə həyatın əsasıdır.
2) istilik daşıyıcısıdır.
3) Nəqliyyat vasitəsidir.
4) Enerji mənbəyidir.
5)Mineral mənbədir.
6) Üzvi aləmin əsasıdır.
7) Sənaye xammalıdır.
Suyun xassələri.
1) Suyun 3 halı var: 0cC temperaturda donur, 1000 C temperaturda qaz halına keçir.
2) Bütün maddələr soyuduqda sıxlığı artır. Suda isə maksimum sıxlıq +4°C-də olur. Sonra sıxlıq azalır.
3) Su donduqda xüsusi çəkisi azalır, həcmi isə artır.
4) Suda səsin yayılma sürəti digər maddələrdən çoxdur.
Su atmosferdə 8 günə, çaylarda 16 günə, göllərdə 17 ilə, okeanlarda isə daha uzun bir müddətə bərpa olunur (yəni təzələnir).
Suyun dövranı. Su təbiətdə daim təmizlənir. Hər il okean səthindən çoxlu miqdarda su buxarlandırır ki, bunun da 90%-i yenidən yağıntı şəklində okeana qayıdır. Yəni okean → atmosfer → okean halqası suyun kiçik dövranını yaradır. Buxarlanan suyun qalan 10%-i isə külək və hava axınları vasitəsilə quru üzərinə gətirilərək yağıntı şəklində quruya düşür. Düşən yağıntı çay və yeraltı sular vasitəsilə yenidən okeana qayıdır: Okean → atmosfer → quru → okean halqası suyun bövük dövranını yaradır. Suyun böyük dövranı okean və quru üzərində rütubəti yayır. Quruda şirin suyu yaradır, maddələr mübadiləsini tənzimləyir. Suyun böyük dövranının yaranmasına səbəb küləkdir.
Dünya okeanı
Dünya okeanının ümumi sahəsi 361 mln. km2 olub, tərkibi – okean, dəniz, körfəz və boğazdan ibarətdir. Yer yarandığı zaman o, yalnız su qatından – okeandan ibarət olmuşdur. Lakin sonradan fəal vulkanizm nəticəsində ilk quru sahəsi yaranmışdır. Yerin geoloji inkişaf tarixində dənizlərin quruya nisbətən daha geniş sahə tutduğu zamanı – yerdə iqlimin mülayimləşməsi və rütubətlənməsi, bitki və heyvanlar aləminin sürətli inkişaf prosesləri getmişdir. Hazırda mövcud olan 4 okean – materiklərin konfiqurasiyası, dib relyefi, cərəyan sistemi. suyun temperaturu, duzluluğu və su kütlələrinin strukturu ilə seçilən su hövzələridir. Okeanların sərhədi onları ayıran materiklərin ucqar nöqtələrindən keçən meridian və paralellərin qiyməti ilə hesablanır.

Dənizlər

Dəniz– okeandan qismən quru, qismən də sualtı astanalarla ayrılmış su sahələridir. Dəniz okeandan xassələrinə, cərəyanlarına və canlı aləminə görə fərqlənir. Coğrafi mövqeyinə görə dənizlər 3 qrupa ayrılır:
1. Daxili dənizlər– materikin içərisinə daxil olmuş və okeanla boğaz vasitəsilə birləşmiş dənizlərdir. Materikin içərisinə çox daxil olduğundan okeanla əlaqəsi zəif olur. Sakit okeanda daxili dəniz yoxdur. Atlantik okeanında – Azov, Egey, Qara, Aralıq, Mərmərə, Baltik, Adriatik, Hind okeanında – Qırmızı, Şimal Buzlu okeanında – Ağ dəniz daxili dənizdir.
2. Kənar dəniz – materikin kənarında yerləşmiş, okeandan adalar və ya sualtı dağlar vasitəsilə ayrılır. Okeanla əlaqəsi daha güclüdür. Sakit okeanda – Berinq, Mərcan, Filippin, Oxot, Yapon, Sarı, Cənubi Çin, Şərqi Çin, Tasman, Atlantik okeanında – Şimal, Norveç, Karib, Sarqass, Hind okeanında – Andaman, Ərəbistan, Şimal Buzlu okeanında – Barens, Qrenlandiya, Çukot, Qara, Laptevlər, Boffort, Baffin, Şərqi Sibir.
Antarktida materikini əhatə edən – Ross, Lazerev, Belenshauzen və Uedella dənizləri də kənar dənizlər olub 3 okeana aiddirlər.
3. Adalararası dənizlər– ada qrupları arasında yerləşirlər: Yava, Sulu, Sulavesi, Fici, Timor, Banda.

DƏNİZLƏRİN CОĞRAFİ MÖVQEYİNƏ GÖRƏ TƏSNİFATI
DAХİLİ DƏNİZLƏR
Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean
Sarı Baltik, Aralıq, Tirren, İоnik, Adriatik, Egey, Mərmərə, Qara, Azоv Qırmızı
KƏNAR DƏNİZLƏR
Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean
Berinq, Охоt, Yapоn, Şərqi-Çin, Cənubi-Çin, Mərcan, Tasman,
Rоss, Amundsen, Bellinshauzen
Şimal, Karib, Ueddell Ərəbistan, Andaman, Timоr, Arafur,
Deyvis, Birlik
Nоrveç, Barens, Kara, Laptevlər, Şərqi-Sibir, Çukоt, Bоfоrt
ADALARASI DƏNİZLƏR
Sakit оkean Atlantik оkean Hind оkeanı Şimal Buzlu оkean
Filippin, Sulu, Sulavesi, Yava, Fici İrlandiya Qrenlandiya, Baffin

Qeydlər: 1. Sarqass dənizi hər hansı qrupa daхil edilmir.
2. Ərəbistan dənizi cоğrafi mövqeyinə görə əslində körfəzdir.
Körfəz – okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında – Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob.
Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Körfəz dar olduqda gəmiçilik üçün yararlı buxta əmələ gətirir. Kənar dənizləri körfəzlərdən fərqləndirən əsas əlamət, onların təbii sərhədlərə malik olmasıdır.
Boğaz – 2 su hövzəsini birləşdirən və eyni zamanda 2 quru sahəni bir-birindən ayıran su sahəsidir. Boğaz okeanı okeanla (Məsələn: Dreyk, Malakka, Berinq), okeanı dənizlə, dənizi dənizlə, dənizi körfəzlə birləşdirir. Dünyanın ən enli və ən dərin boğazı olan Dreyk Antarktidanı Cənubi Amerikadan, Berinq boğazı Avrasiyanı Şimali Amerikadan. Cəbəllütariq və Bab-əl-Məndəb boğazları isə Afrikanı Avrasiyadan ayırır. Dünyanın ən uzun boğazı Afrika ilə Madaqaskar adası arasında olan Mozambik boğazıdır.
Iki geniş quru sahəsini bir-biri ilə birləşdirən ensiz quru sahəsinə bərzəx deyilir. Məsələn: Panama, Süveyş bərzəxləri. Hər 2 bərzəxdən gəmiçilik kanalları çəkilib.

 

KÖRFƏZLƏR

Sakit оkean

Atlantik оkean

Hind оkeanı

Şimal Buzlu оkean

Siam, Alyaska, Kalifоrniya

Bоtnik, Fin, Riqa, Biskay, Böyük Sidr, Qvineya, Müqəddəs Lavrenti, Fandi, Men, Meksika, Bayya-Qrande

Ədən, Iran, Оman, Benqal, Karpentariya, Böyük Avstraliya

Hudzоn, Peçоra qubası, Оb qubası

BОĞAZLAR

Оkeanları birləşdirən

Qitələri ayıran

Digərləri

Berinq (Sakit – Şimal Buzlu), Magellan, Dreyk (Sakit – Atlantik), Malakka, Zоnd, Tоrres, Bass (Sakit – Hind),
Hudzоn, Baffin, Danimarka (Atlantik – Şimal Buzlu)

Cəbəlüttariq (Avrоpa – Afrika),
Dardanel, Bоsfоr, Kerç
(Avrоpa – Asiya),
Bab-əl-Məndəb
(Asiya – Afrika),
Berinq (Asiya – Amerika),
Dreyk (Amerika – Antarktida)

Skagerrak, Katteqat, Böyük və Kiçik Beltlər (Şimal – Baltik dənizləri),
La-Manş, Pa-de-Kale
(Britaniya adas – Avrasiya),
Hörmüz (Iran – Оman körfəzləri),
Tatar (Saхalin adası – Avrasiya),
Kara qapıları (Nоvaya Zemlya – Avrasiya), Matоçkin şar (Nоvaya Zemlya),
Mоzambik (Madaqaskar adası – Afrika)

Cədvəllər coğrafiya müəllimi Yaşar Seyidəliyev tərəfindən hazırlanıb.Müəllimin saytı- http://yasharaz.narod.ru

Mənbə.kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.