İMAM HÜSEYNİN (Ə) AŞURA GÜNÜ SÖYLƏDİYİ SON KƏLAMLARDAN – 12 HƏDİS

1. Düşmən qoşunundan bəziləri imam Hüseynin (ə) qətlə yetirildiyini güman edərək xeymələrə hücum çəkdikdə, İmam (ə) fəryad edərək buyurdu:

“Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa, heç olmasa, dünyada qeyrətiniz olsun!”

2. İmam Hüseyn (ə) buyurmuşdur:

“And olsun Allaha, mən nə özümü zillətlə sizə təslim edəcək, nə də qul kimi qarşınızdan qaçasağam!”

3. İmam Hüseyn (ə) buyurmuşdur:

“Agah olun ki, bu zinazadə oğlu zinazadə (İbn Ziyad) məni iki işin arasında saxlayıb; ya zillətlə beyət edim, ya da qılıncla doğranım. Zillət isə bizdən çox-çox uzaqdır!”

4. İmam Hüseyn (ə) buyurmuşdur:

“İzzətli ölüm zillətli ömürdən yaxşıdır!”

5. İmam Hüseyn (ə) buyurmuşdur:

“Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm!”

6. İmam Hüseyn (ə) buyurmuşdur:

“Alçaqlıq və zillət bizdən çox-çox uzaqdır!”

7. İmam Hüseyn (ə) buyurmuşdur:

“Ölüm alçaqlıqdan çox yaxşıdır.”

8. İmam Hüseyn (ə) buyurmuşdur:

“Eşq olsun, Allah yolunda ölümə!”

9. İmam Hüseyn (ə) buyurmuşdur

“Bizim fəryadımızı eşidib cavab verməyəni və ya qaraltımızı görüb bizə qoşulmayanı Allah-Taala üzüüstə cəhənnəmə atarsa, haqqdır!”

10. İmam Hüseyn (ə) buyurmuşdur:

“Mənə qoşulmaq istəyən bir igid varmı? Bir kəs varmı ki, mənə yardım etsin? Bir kəs varmı ki, Peyğəmbərin “xanədan”ını (Əhli-beytini) müdafiə etsin?”

11. İmam Hüseyn (ə) buyurmuşdur:

“Biz Əhli-beyt yalnız Allahın istəyinə razıyıq!”

12. İmam Hüseyn (ə) buyurmuşdur

“Pərvərdigara, Sənin qəza-qədərinə razı və Sənin əmrinə təsliməm! Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetən!”

Mənbə. (Maide.az)