Xoşbəxtliyin baromateri-ev heyvanları

Ev heyvanlarının davranışına əsasən ev şəraitində hansı iqlimin və ailədə hansı münasibətlərin hökm sürməsini kifayət qədər dəqiq təyin etmək mümkündür.
Nə üçün evsiz-eşiksiz pişik və yaxud it balasına sığınacaq tapmaq bu qədər çətindir? Çünki heyvanları sevən və yaxud götürmək istəyən insanların artıq ev heyvanı vardır. Heyvanları sevməyən insanların isə ev heyvanı saxlaması məsləhət deyildir. Bu cür in­sanlar ev şəraitində heyvanın bəslənməsini natəmizlik və artıq əziyyət, gərəksiz öhdəliklər və məsrəflər, ümumiyyətlə yük hesab edirlər. Heyvan saxlayan insanlar isə bunun sevinc və zövqü-səfa olduğunu təsdiq edirlər. Onlardan kim haqlıdır?


Doğrudanmı bu, artıq əzab-əziyyətdir?
Hər bir medalın iki üzü var. Əlbəttə, ev şəraitində pişiyin və ya itin, quşun və yaxud dağsiçanının qədəm qoyması ilə əlavə təmizlik işlərinin yerinə yetirilməsi zərurəti yaranır. Ədalət naminə qeyd etmək lazımdır ki, bəzi ailə üzvləri, heyvanlardan fərqli olaraq, daha çox natəmizlik yaradırlar. Bir qisim sehrli əşyalar mövcuddur: süpürgə, əsgi, tozsoran. Onlar hətta tənbəl ev sahibəsinin də problemlərini dərhal həll edirlər.
Ezamiyyət və yaxud məzuniyyət zamanı ev heyvanı ilə nə etməli? Axşamlar iti kim gəzintiyə aparacaqdır? Qəfəsdən azad olan kimi sevimli qış köynəyini gəmirən dağsiçanını cəzalandırmağa dəyərmi? Xəstələnmiş tutuquşunu nə cür sağaltmaq olar? Belə ki, bəzi ailələrdə bu kimi problemlər qeyri-iradi olaraq özbaşına həllini tapsa da, bir qisim ailələrdə narazılığa səbəb olur.
Bununla da heyvan qeyri-iradi şəkildə ailə xoşbəxtliyinin barometrinə çevrilir. Həqiqətən də, itlər artıq mühafizə məqsədlərinə, pişiklər isə gəmiricilər ilə mübarizəyə xidmət etmirlər. Heyvanlar heç bir zaman böyüməyən uşaqlara bənzəyirlər: onlar bizı əyləndırməkdən, xəstəliyə yoluxmaları ilə məyus etməkdən, sevgiyə və qayğıya ehtiyac duyaraq cavabında məhəbbət və sədaqət nümayiş etdirməkdən yorulmurlar.
Evinin ruhu
Ev yalnız yaşayış məskəni deyildir. О, formalaşmasında ailə üzvlərinin iştirak etdiyi ab-havadır. Mehriban, isti, işıqlı evdə, bir qayda olaraq, qanadlı, quyruqlu və yaxud dördayaqlı canlı üçün də yer tapılır. Soyuq və ifrat dərəcədə ciddi ev şəraitində heyvanlara rast gəlmək qeyri-mümkündür. Bu cür ailədə insanlar yaşamaqdan çox rol ifa edirlər.
Sahibəni necə tərbiyə etmək olar?
Məşhur ifadəni dəyişdirməklə onu növbəti şəklə salmaq olar: «Mənə heyvanını göstər, deyim sən kimsən». İtin sinirli olması əksər hallarda onun irsiyyətinin qeyri-sağlam olmasından deyil, ailədə ər ilə arvadın daima «bu evdə ev sahibi kimdir» kimi məsələni ucadan aydınlaşdırmağa çalışmalarından asılı olması kimi izah olunur. Heyvanların ailə üzvlərini səliqəli olmağa vadar edən misallar da mövcuddur. İt dai­ma ayaqqabının dabanını gəmirdiyi zaman ayaqqabını dolaba qoymağa məcbur olursunuz. Pişiyin nahardan sonra ayaq yolu kimi istifadə etdiyi şalvarınızı bir daha qoltuqlu kürsüyə qoymayacaqsınız. Bütün bunlara baxmayaraq, ev heyvanı se­vinc, yoxsa artıq yükdür? Prinsip etibarilə, hər şey sizin nöqteyi-nəzərinizdən asılıdır: təbiəti se­vən və onunla vəhdət təşkil etmək istəyən hər bir insan it, pişik və yaxud balıq saxlayaraq, on­lar ilə ünsiyyət qurmaqdan həzz alır. Ev heyvanı saxlayan insanların uzunömürlü olub, nadir hal­larda xəstələnməsi və hər yeni günü sevinc hissi ilə qarşılamaları müşahidə olunmuşdur.
Heyvanlar ev şəraitində mehribanlıq ilə rahatlığın xüsusi mikroiqlimini yaratmağa qadirdirlər.

Mənbə Qanun jurnalı

kayzen.az