5-Cİ İMAMDAN 5 HƏDİS

1. İmam Baqir (ə) buyurmuşdur:

“Həqiqətən, bu dil bütün xeyir və şərlərin açarıdır. Nə yaxşı olar ki, mömin şəxs qızıl və gümüşünü möhürlədiyi (qızıl və gümüş kisəsinin ağzını bağladığı) kimi, öz dilini də möhürləsin!” (“Tühəfül-üqul”, səh.298.)

2. İmam Baqir (ə) buyurmuşdur:

“Yaxşılıq və sədəqə yoxsulluğu aradan qaldırır, ömrü uzadır və yetmiş pis ölümü (bəlanı) yaxşılıq və sədəqə sahibindən uzaqlaşdırır.” (“Səvabul-əmal”, səh.141.)

3. İmam Baqir (ə) buyurmuşdur:

“Niyyəti yaxşı olanın ruzisi çox olar.” (“Biharul-ənvar”, 75-ci cild, səh.175.)

4. İmam Baqir (ə) buyurmuşdu

“Hər kim bir mömini yedirsə, Allah-Taala ona cənnət meyvələri yedirər.” (“Məhasini-Bərqi”, səh.393, hədis 4.)

5. İmam Baqir (ə) buyurmuşdur:

“Silеyi-rәhm (qohumluq əlaqələri) әmәllәri pаklаyır, mаlı аrtırır, bәlаnı uzаqlаşdırır, hеsаbı (qiyаmәtdә) аsаnlаşdırır vә әcәli tәхirә sаlır.” (“Üsuli-kаfi”, 3-cü cild, sәh.121.)

Mənbə. Maide.az