Pravoslav mərasimləri

Pravoslav məbədi
Qədim dövrlərdən apostol qərarlarına müvafiq olaraq, pravoslav məbədləri «uzunvari quraşdırılmış gəmiyə bənzər», «şərqə istiqamətlənmiş» səcdəgahla yaratmaq əmr edilirdi. Bir qayda olaraq, məbəd üç girişə malikdir: əsas (qərbi, səc­dəgahla üzbəüz); şimal və cənub.


Bütün kilsə binası səcdəgah, bilavasitə məbədə və pritvora bölünür. Səcdəgahı məbəddən əksər hallarda tavana qədər çatan ikonostas ayırır. Səcdəgahda taxt və qurbangah yerləşir. Səcdəgaha çar qapıları (mərkəzi), həmçinin şimal və cənub qapıları aparır. Qadınların ora daxil olması qadağandır. Kişilər səcdəgaha yalnız keşişlərin icazəsi ilə şimal və cənub qapılarından keçə bilərlər. Çar qapılarından səcdəgaha yalnız keşişlər keçir.
Bilavasitə ikonostasla yanaşı soleya – səcdəgah boyu hündür meydança yerləşir. Çar qapıları ilə üzbəüz amvon – soleyanın mərkəzi hissəsi yerləşir. Keşişlərin icazəsi olmadan amvon və soleyaya da qalxmaq qadağandır.
Küçədən məbədə giriş adətən bir neçə pillənin apardığı giriş qapılarının ağzındakı meydança – kilsə kandarı şəklində qurulur. Məbədə əsas (qərb) girişdən daxil olmaq lazımdır. Bu zaman dindarlar üç dəfə dua etməklə təzim etməlidirlər.
Pravoslav kilsənin ibadəti dedikdə, duaların, dini nəğmələrin, müqəddəs kitab əhdi-ətiq və əhdi-cədidin oxunuşunun və müəyyən qaydaya əməl edilən müqəddəs hərəkətlər məcmusu başa düşülür. Kilsə adından və bütün xaçpərəstlərin ümumi ehtiyaclarına cavab verən ibadət ictimai, ayrı-ayrı xaçpərəstlərin ehtiyacları və istəkləri ilə edilən ibadət özəl adlanır. Bu bölgüyə müvafiq olaraq bütün kilsə ibadətləri daimi və icrası xüsusi olaraq sifariş edilməli olan treba (kəbin, xaç suyuna salma, cənazə duası, suyun müqəddəsləşməsi, ibadət və s.) bölünür.
Qədim zamanlardan ibadətin gündə üç dəfə edilməsi müəyyənləşib: axşam – veçernya, səhər – utrenya və gündüz – liturgiya. Liturgiya kilsə ibadətlərinin ən vacibi, bütün digərləri isə ona hazırlıq hesab edilir. Hal-hazırda prixod (müəyyən ərazi, məhəlli çərçivəsində xaçpərəstlərinin birləşdiyi yer) məbədlərində ibadət gün­də iki dəfə edilir: səhər liturgiya, əvvəlki günün axşamı isə utrenya ilə birləşdiririlən veçernya. Bilmək lazımdır ki, kilsə günü təqvim gününün 0 saatında yox, əvvəlki günün 18.00 radələrində başlayır.
Məbəddən yalnız keşişin ibadət bitdikdən sonra söylədiyi otpust (buraxılma)dan sonra çıxmaq lazımdır.
Əvvəllər kişilər məbədlərdə sağ, qadınlar sol tərəfdə dururdular. Pomazaniye (alna «müqəddəs» yağ sürtməkdən ibarət olan dini mərasim) və priçastiye (xaçpərəst dini ayin) vaxtı birinci kişilər, onlardan sonra qadınlar yaxınlaşırdı. Hal-hazırda bu qayda yalnız monastır və monastıryanı şəhər kilsələrində qalmaqdadır.
Məbədləri ziyarət edərkən bədənin əksər hissəsinin örtülü olmasına fikir vermək lazımdır. Indi dəbdə olan qeyri-xaçpərəst rəmzlərlə bəzədilmiş üst geyimlə məbədə getmək məsləhət görülmür. Qadınlara məbədə qısa yubka, şalvarda, dekolte və makiyajla və xüsusi olaraq boyalanmış dodaqlarla getmək lazım deyil: sonuncu halda nə ikonalara dodaqlarla  toxunmaq, nə də priçastiye ayinini icra etmək olmaz. Kişilər və qadınlar həmçinin mayka və qısaqollu köynəklər geyinməkdən çəkinməlidirlər. Qadınlar başlarına yaylıq bağlamalıdırlar. Kilsə ənənəsinin praktiki əhəmiyyəti ondan ibarətdir ki, insanları duadan heç nə ayırmamalıdır.
Ibadət zamanı tanışlarla əllə salamlaşmaq, söhbət etmək və yerdən yerə keçmək olmaz. Şamları ibadətdən öncə almaq və qoymaq arzuolunandır. Hər halda onları Incil və sadiqlərin liturgiyasının (xeruvim mahnısının oxunması və müqəddəs sövqatların priçaşeniye edilməsi zamanı) oxunuşu vaxtı qoymaq lazım deyil. Məbəddə insanlar çox olduqda, ibadət zamanı ehtiram etdiyiniz ikona qarşısında şam qoymaq üçün dindarlar arasından keçməyə çalışmaq lazım deyil, onun zəncirvari olaraq ikonanın yanına çatdırılması barədə xahiş etmək daha yaxşıdır.
Din xadimi kilsədə olanları xaçla, Incillə, cam, yaxud müqəddəs ikona ilə «nişanlayan» zaman baş əyərək xaç çəkmək lazımdır. Başla təzimi həmçinin Incilin oxunuşu və din xadimi kajdeniye və xeyir-dua verərkən «Allah qarşısında başlarınızı əyin» – deyə çağırarkən etmək lazımdır.
Pravoslav din xadimləri
треча Святейшего Патриарха Кирилла с председателем Правительства России В.В. ПутинымRəsmi şəraitdə dini rütbəyə malik şəxslərə aşağıdakı formada müraciət etmək lazımdır:
Moskva və bütün Rusiyanın müqəddəs patriarxına – zati-müqəddəsləri;
Kiyev və bütün Ukrayna mitropolitinə – zati-müqəddəsli;
Mitropolit, yaxud arxiyepiskopa –…(titulu) ali həzrətləri;
Yepiskopa — …(titulu) həzrətləri;
arximandritlərə, iqumenlərə, iqumenyalara, protop­res­viterlərə, protoiyereylərə – …(titulu) ali cənabları;
iyeromonaxlar və iyereylərə – …(titulu) cənabları;
arxidyakonlara, protodyakonlara, iyerodyakonlara və dyakonlara – allahısevən cənab.
Qeyd etmək lazımdır ki, hal-hazırda göstərilən rütbə sis­teminə yalnız yepiskop, arxiyepiskop, mitropolitlər və patriarxa aid ciddi riayət edilir, digər dini xadimlərə aid çox nadir hallarda tətbiq olunur.
Qeyri-rəsmi şəraitdə dini xadimlərə müraciət edərkən onları aşağıdakı şəkildə adlandırmaq qəbul edilib: patriarxa – müqəddəs vladıka (hakim), yepiskopa – vladıka, keşişlərə – keşiş baba, baba, iqumenyalara – matuşka (anacan), dyakonlara – dyakon ata.

Pravoslav bayramlar
Pravoslav bayramlar kilsə tərəfindən Cənabü Tanrının, Tanrı Anasının və müqəddəslərin təntənəli şəkildə yad edilməsi günləridir. Bütün kilsə bayramları əhəmiyyət dər əcəsinə görə kiçik, orta və böyüklərə bölünürlər. 12 xüsu­sən hörmətli böyük bayramları dvunadesyatıy adlandırırlar. Pravoslav kilsənin ən əsas bayramı (onu çox vaxt bayramlar bayramı adlandırırlar) Isa Pasxası, yaxud Nurlu Isa Dirilişi (Voskreseniye) adlanır.
Dvunadesyatıy bayramları keçici və keçməyən olurlar. Bu onunla izah olunur ki, xüsusi cədvəllərlə (pasxaliyalarla) hesablanan Isa Pasxasının qeyd edilməsi tarixi təsbit edilmiş bayram gününə malik deyil.
Dvunadesyatıy keçici bayramlar: Tanrının Qüdsə daxilolması (Bədmüşk Bazar günü) – Pasxaya bir həftə qalmış; Tanrının Vozneseniye Pasxanın qırxıncı günü; Müqəddəs Troitsa günü (Pyatidesyatnitsa) – Pasxadan sonra 50-ci günü.
Dvunadesyatıy keçməyən bayramlar: Milad – 7 yanvar; Tanrının xaç suyuna salınması – 19 yanvar; Tanrının Sreteniye – 15 fevral; Müqəddəs Boqoroditsanın Blaqoveşşeniye – 7 aprel; Tanrının Preobraşeniye – 19 avqust; Müqəddəs Boqoroditsanın Uspeniye – 28 avqust; Müqəddəs Boqo­roditsanın Miladı – 21 sentyabr; Tanrı xaçının qurulması Vozdviceniye – 27 sentyabr; Müqəddəs Boqoroditsanın məbədə daxiledilməsi – 4 dekabr.
Böyük bayramlar: Tanrının sünnəti və müqəddəs Böyük Vasilinin xatirəsi – 14 yanvar; Ioann Predteçin Miladı – 7 iyul; müqəddəs ilk ali apostollar Pyotr və Pavel – 12 iyul; Ioann Predteçin başının vurulması – 11 sentyabr; Müqəddəs Boqoroditsanın Pokrovu – 14 oktyabr.
Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.