İmperatorun oğlunun müəmmalı ölümü (İosif Rudolf)

1889-cu ilin günəşli yanvar günlərinin birində Vyana şəhəri ilk qarın göz qamaşdıran bəyaz qiyafəsində par-par parıldayırdı. Avstriya-Macarıstan imperiyasının vəliəhdi şahzadə İosif Rudolf kral arabasında bahalı mehmanxananın giriş qapısına yaxınlaşdı. Mehmanxanadan şahzadənin on yeddi yaşlı məşuqəsi baronessa Ma­riya Veçera çıxaraq, arabaya əyləşdi. Araba Vyana şəhərindən cənubi-şərqdə, yəni iyirmi kilometrlik məsafədə yerləşən Mayerlinq adlı kiçik kəndə tərəf yollandı. Bir neçə saatdan sonra krallığın Ma­yerlinq kəndində yerləşən ov üçün ayrılmış evinin tavanı altında, nəinki Avstriya-Macarıstanı, həmçinin dünyanı sarsıdan XX əsrin ən müəmmalı faciələrindən biri baş verdi.
Mayerlinq sirri haqqında romanlar, elmi-tədqiqat əsərləri yazılmış, tamaşalar və hətta balet səhnələşdirilmiş, Ömər Şərifin və Katrin Denyovun iştirakı ilə rejissor Terens Yanq tərəfindən çəkilmiş kino əsərini də daxil etməklə, bir neçə kinofilm çəkilmişdir. Özünə sui-qəsd üzrə ekspert mütəxəssislərin Mayerlinq kəndində beynəlxalq konfransı keçirilmiş və baş vermiş cinayət hadisəsi haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Əsas mülahizələrdən biri şahzadə ilə baronessanın həyatlarına birlikdə sui-qəsd etməsi kimi fərziyyədən ibarət idi.
Dikkensin yazdığı kimi, XIX əsrin sonu Avstriya-Macarıstan üçün ən yaxşı və həm də ən pis vaxtlardan biri idi. Monarxiya çiçəklənirdi. Vyana musiqi və şən gülüş səslərinin müşayiəti altında yaşayırdı.
Frans İosifm imperiyası sarsılmaz dövlət təsiri bağışlasa da, ölkə çətin həll olunan problemlərlə qarşılaşmağa başlamışdı. Balkan yarımadasında və Çexiyada baş qaldırmış milli-azadlıq hərəkatlarının fəaliyyəti də buna dəlalət edirdi. Çoxları Mayer­linq faciəsinin baş verdiyi ildə bütün Avropam «lərzəyə salan» bir şəxsiyyətin – Adolf Hitlerin Avstriyada dünyaya gəlməsini rəmzi hesab edirlər.

Maraqlı hadisələr

Habsburqlar imperiyasının məhz bu ildən etibarən süqut etdiyini vurğulamaq düzgün olardı.
Təmtəraqlı Vyana sarayının pərdəsi arxasında imperiya sülaləsini parçalayan «xora» gizlənirdi.
Daş qəlbli Frans İosif ona yaxın olan insanlar ilə normal və xoş münasibətler saxlamaq istəmirdi. Frans İosifin qohumlarını isə sanki taleyin acı yazısı izləyirdi. Frans İosif qardaşı Maksimiliana dövlətin idarə olunması prosesində iştirak etməsinə izin vermişdi. Bir qədər keçmiş Frans İosif özünü Meksikanın imperatoru elan etdi. Frans İosif hakimiyyət uğrunda həlledici mübarizədə məğlub olaraq həyatını intiharla başa vurdu. Frans İosif həyat yoldaşı imperatriça Yelizavetanı özündən uzaqlaşdıraraq bədbəxt etmişdi. İmperatriça Yelizaveta çox gözəl, ziyalı, həssas və mehriban qadın idi. O, demək olar ki, bütün ömrünü ailəsindən uzaqda yaşamış və ən nəhayət, oğlunun faciəli ölümündən doqquz il son­ra Cenevrə şəhərində qətlə yetirilmişdi. Frans io­sifin gəlini Paris şəhərində baş vermiş yanğın nəticəsində həlak olmuşdu. İmperatorun qardaşı oğlu ershersoq Frans Ferdinand 1914-cü ildə Sarayevo şəhərində qətlə yetirilmişdi ki, bu hadisə, tarixdən məlum olduğu kimi, I Dünya müharibəsinin başlanmasına səbəb olmuşdur.
imperator Frans İosif hətta yeganə oğlu, vəliəhd şahzadə Rudolfu da sevmir, onun həyat tərzindən və siyasi baxışlarından narazılıq edirdi. Rudolfun tutma halları onu çox narahat edirdi. Çünki ruhi xəstəlik əlamətləri imperator ailəsində çoxdan müşahidə olunurdu…
Rudolfun əmisi oğlu ershersoq Otto bir dəfə şam yeməyinə (şam yeməyi Vyana restoranında təşkil olunmuşdu) ekzotik «qiyafədə» təşrif buyurmuşdu. Onun boynunda Qızıl Runa nişanı olduğu halda, bədəni çılpaq idi. Bu, çox güman ki, gənc əsilzadənin ətrafdakıları heyrətə gətirə bilən hərəkəti deyildi. Bu, daha çox ruhi xəstəliyin əlamətinə oxşayrrdı.
İmperatriça Yelizavetanın əmisi oğlu Lüdviq, uşaqlıqdan ruhi xəstəlikdən əzab çəkməsinə baxmayaraq, Bavariya taxt-tacma sahib ola bilmiş, lakin Reyn çayına tullanaraq həyatına son qoymuşdu. О, vəliəhd şahzadə Rudolfun yaxın dostu idi. Onun ölümimdən sonra, vəliəhd də, özünə sui-qəsd etməyə çalışırdı.
Hətta vəliəhdin bir ordu zabiti və növbəti məşuqəsi Missi Kaspar ilə birlikdə müştərək sui-qəsd əməli təşkil etməsi də sarayda məlum olmuşdu. Bu ideya ordu zabiti ilə keçmiş məşuqənin son məqamda fikirlərindən dönmələri səbəbindən həyata keçməmişdi.
Melanxoliya tutmalarına baxmayaraq, otuz yaşlı şahzadə fəal Don Juan olmaqla yanaşı, məşuqələrinin siyahısını tərtib etməyi çox xoşlayırdı. Onun çoxsaylı məşuqələri arasında həm kübar cəmiyyətin xanımları, həm də rəiyyətin nünıayəndələri var idi. Kübar xanımlar şahzadə ilə münasibətdə olduqdan sonra, Habsburqlar sülaləsinin gerbi ilə döyəclənmiş gümüş tütün qabını hədiyyə kimi əldə edirdilər. Rəiyyət qızlarına isə daha ucuz hədiyyələr təqdim olunurdu.
Şahzadə Rudolfun qəlbini ələ alan sonuncu xanım erməni mənşəli italyan baronu ilə kübar mənşəyi Vyana ictimaiyyətində şübhə doğuran Yelenanın qızı, on yeddi yaşlı, əsmər saçlı, dolu bədənli baronessa Mariya Veçera idi.
Gəncliyinə baxmayaraq, Mariya Veçera asanlıqla fıtnə-fəsad vasitəsinə çevrilərək, ehtirasın güclü təsiri altına düşüb, sevdiyi insan ilə birlikdə özünə sui-qəsd etməyə hazır olan xanım idi. Mariyanı siyasi qraplaşmalardan birinin məxfi agenti olmağından şübhələnənlər də var idi. Digərləri isə, Mariyanın, oğlunun siyasi fəallığından ehtiyat edən imperator tərəfindən göndərilən casus olduğunu güman edirdi.

Sevilməyən tənha insan

1889-cu il yanvar ayının 30-da, dumanlı bir səhər günü Mayerlinq kəndində yerləşən kral evində nə baş verdiyini öyrənməyə cəhd göstərməzdən əvvəl, vəliəhd, şahzadə Rudolfun şəxsiyyətinin necə formalaşdığını xatırlamaq gərəkdir. Şübhəsiz, onun xasiyyətində və temperamentində rast gəlinən qəribəliklər nəinki kral sülaləsində təsadüf edən qan qohumluğu (onun atası ilə anası əmioğlu-əmiqızı idilər), eləcə do onun uşaqlıq və gənclik illərində aldığı tərbiyə və təşəkkül tapdığı mühit ilə çox əlaqədardır.
Ata ilə oğulun münasibətləri çox mürəkkəb idi. Ziqmund Freydin təbirincə desək, Frans İosifin ailəsindəki «ata-ana-oğul» üçlüyü Edip kompleksinin daha klassik nümunəsi kimi çıxış edirdi.
İmperator oğlunu 1858-ci ildən, yəni dünyaya gəldiyi andan etibarən, macar piyadası alayına təyin etmişdi. Lakin Rudolf çox utancaq uşaq olub, öz gücünə inanmırdı. Bu, atanı qeyzləndirərək, qıcıqlandırırdı ki, uşaq da bütün bunları duyurdu.
Rudolfun altı yaşı tamam olanda, imperator, Avstriya ordusunun zabitini vəliəhdin müəllimi təyin edərək, «onu əsl kişi kimi formalaşdırmağı» tapşırmışdı. Bundan sonra imperator oğlunun tərbiyəsinə müdaxilə etmir və onunla nadir hallarda görüşürdü.
Qoçaq döyüşçü gənc Rudolfa atıcılığı, döyüş üsullarını və at çapmağı öyrətmişdi. Lakin gənc döyüş sənətini xoşlamır, elmə və siyasətə maraq göstərirdi. Vəliəhdi siyasətdən kənarlaşdıraraq, «düz yola sövq etmək» tapşırığı verildi. Şahzadəni həyatın intim tərəfləri: şərab, qadınlar və oyun kartları ilə tanış edən əcnəbi vətəndaş tapıldı. Ru­dolf bu cür həyat ilə tanış olduqdan sonra zöhrəvi xəstəliyə yoluxdu.
Şahzadə atasının təkidi ilə sülalə nikahına qədəm qoydu. O, Belçika kralı Leopoldun qızı Stefaniya ilə evləndi. Kral Leopold qızım «Belçikanın qızılgülü» adlandırırdı. Stefaniya Rudolf ilə ailə həyatı qurduqdan sonra, həyat yoldaşının saysız-hesabsız eşq macəralarından əzab çəkərək tədricən gözəlliyini itirməyə, saralıb-solmağa başladı. Lakin sülalə nikahı bütün təhqirlərə dözməyə məcbur edirdi.
Budur, həmin faciəli gün gəlib çatdı. Kral evində Rudolfdan və onun gənc məşuqəsindən savayı, knyaz Filip Koburqski və qraf Yojef Layoş da var idi. Şam yeməyindən sonra şahzadə ilə gənc baro­nessa yataq otağına çəkildilər. Qraf ilə knyaz isə onlar üçün ayrılmış otağa yollandılar.
Rudolf ilə baronessanın cəsədləri növbəti günün səhəri qraf Layoş ilə otaq xidmətçisi Loşek tərəfindən tapıldı. Mariya Veçera ürəyindən güllə yarası alaraq həlak olmuşdu. Şahzadə Rudolf isə baş nahiyəsindən güllə yarası almışdı. Doğrudur, növbəti gün Rudolfun başının şüşə qab ilə yarıldığı haqqında şayiə yayılmağa başladı.
Vyanadan gələn bəd xəbər Avropanın bütün çar ailələrinə təqdim olundu. Şahzadə Rudolfun ölümünün rəsmi səbəbi ürək tutması nəticəsində meydana çıxmış ölüm hadisəsi kimi bəyan edilmişdi.

Məxmər maska

Lakin Vyana sakinləri şayiələrə inanmırdılar. Paytaxtda gəzən şayiələr baş vermiş hadisəni izah etmir, əksinə, vəziyyəti daha da kəskin şəklə salırdı.
Bır qisim insanlar şahzadənin ov zamanı bədbəxt hadisə nəticəsində qətlə yetirildiyindən bəhs edirdilər. Digərləri bu cür mülahizəyə qarşı etiraz edərək, «bədbəxt hadisə» faktının gizli saxlanmasının mənasız olduğunu söyləyirdilər. Bədbəxt hadisə sülaləni nüfuzdan sala bilməzdi.
Üçüncü qisim insanlar Rudolfun mütləq qətlə yetirildiyini və bu qətldə onun məşuqəsi Veçeranın əli olduğunu söyləyirdilər. Lakin digər tərəf buna etiraz edərək, Mariyanın özü qurban olduğu halda necə qatil ola biləcəyini söyləyirdilər.
Oğlunun ölüm xəbərinə Imperatorun ilk reaksiyası dərin hüzn deyil, qəzəb oldu. «Menim oğlum zavallı dərzi kimi həlak oldu» – deyə imperator qışqırırdı. Bir neçə il bundan əvvəl imperatorun həyatına bir dərzi qəsd etmişdi. Bu baxımdan, im­peratorun oğlunu dərzi ilə müqayisə etməsi şahzadəyə qarşı qərəzçi münasibətdən xəbər verirdi.
Lakin Frans İosifin oğlu Rudolfa qarşı bəslədiyi münasibətdən asılı olmayaraq, şahzadə təmtəraqla dəfn olundu. imperator oğlu Rudolfun özünə sui-qəsd etməsi haqqında yayılmış şayiələrə baxmayaraq, Roma papasına müraciət edib, ondan şahzadənin Roma katolik kilsəsinin ayinlərinə uyğun dəfn olunmasına icazə verilməsini təvəqqe etdi. O, «hətta oğlum sui-qəsd əməlini icra etdiyi təqdirdə də bunu bilərəkdən deyil, ağlının dumanlandığı zaman həyata keçirmişdir» – deyə bəyan etdi. im­perator Roma papasını inandıraraq, dəfn mərasimini şahzadəyə layiq şəkildə təşkil edilməsinə, oğlunun cəsədini Vyanada yerləşən Kapusinlər məbədində salınmış qəbiristanlıqda, habsburqlar ailəsinin digər mərhum üzvlərinin yanında torpağa tapşırılmasına nail oldu.
Dəfn mərasimində nəinki şahzadənin bədəni, həm də başı da möhkəm sarınmış, üzünə isə məxmər maska taxılmışdı. Onun dəfnindən sonra «məxmər maskalı şahzadə» adlı həcv nəşr olunmuşdu. Naməlum müəllif, maskanın qətl zamanı şahzadənin üzündə əmələ gələn yaraları gizlətmək üçün taxıldığını sübuta yetirmişdir. Müəllif şahzadə Rudolfun əxlaqı yüngül şəxsiyyət olduğunu bilərək, onun, həyat yoldaşına və yaxud qızına həqarət etdiyi bir şəxs tərəfindən qətlə yetirildiyini də istisna etmirdi. Əlbəttə, bu mülahizə baronessa Veçeranın nəyə görə öldürüldüyünü izah etmək iqtidarında deyildi.
Daha bir fərziyyə Rudolfun əmisi oğlu, yaxın dostu, ershersoq İohan ilə bağlı idi. Bu fərziyyəyə görə, ershersoq İohan guya gənc baronessaya aşiq olub, onu dəlicəsinə qısqandığı üçün şərab şüşəsi ilə şahzadənin başına vuraraq, qətlə yetirmişdir. Saray əyanlarından birinin şahidliyi bu fərziyyənin doğrulmasına şərait yaratmış oldu. Bu şəxs, saray həkiminin şahzadənin başından şüşə qırıntılarını necə çıxartdığını gördüyünü söyləyirdi.
Şahzadənin əmisi oğlu ilə bağlı digər fərziyyəyə müvafiq olaraq, burada qətl hadisəsinin silahı kimi şərab şüşəsi çıxış etsə də, İohann müşahidəçi rolunu oynayırdı. O, bu fərziyyəyə əsasən, eyvanda olduğundan, Rudolf ilə baronessanın qaldıqları otağı müşahidə edə bilirdi. Mariya sarayda hökm sürən siyasi mübahisədən söhbət açmış, Rudolf isə siyasət haqqında mübahisəyə qoşulmuşdur. Baro­nessa hiddətlənərək, şampan şüşəsini sevgilisinin başına çırpmışdır. Şahzadənin otaq xidmətçisi Loşek daxil olaraq, sahibinin cəsədi ilə qarşılaşmış və qəzəbindən qızı güllələmişdir.
Ershersoq İohan gördüklərini Frans İosifə nəql etsə də, imperator ona inanmamışdı. Bütün bunlar azmış kimi, o, İohanın oğlunun qətlində təqsirkar olduğundan şübhələnmişdir. Bu şübhə üçün impe­ratorun heç bir əsası olmasa da, o, qardaşı oğlunu bütün fəxri adlardan məhrum edib, bəzəkli poqonlarını söküb, qılıncını sındıraraq, ölkədən sürgün etmişdi.
Bütün bu mülahizələr Avropada mövcud olsa da, şayiələrə son qoyan rəsmi sənəd yox idi. Baş prokuror Ekler fon Langerin şahzadənin qətli ilə bağlı təhqiqat apardığı yaxşı məlumdur. Lakin bu təhqiqatın nəticələri haqqında heç bir məlumat təqdim olunmamışdır. Ershersoq İohanın ölkədən qovulmasına və yoxa çıxmasına da, bir çox əsassız ehtimallar səbəb olmuşdur.
1900-cü ildə şahzadənin dul həyat yoldaşı Stefaniya qraf Karl Lonai ilə ailə həyatı qurmuş, qızı Elizabet isə şəcərəsi Habsburqlar ilə müqayisədə daha qədim olan knyaz Otto Vindişqresin həyat yoldaşı olmuşdur. Frans İosif bu izdivaca mane olmağa çalışsa da, nəvəsi açıq-aşkar itaətsizlik nümayiş etdirmişdir.
1918-ci ildə bir zamanlar Rudolfa məxsus olan zabit çantasının aşkar edildiyi məlum olmuşdur. Çantanın dibində külqabı da tapılmışdı. Külqabında isə qadın xətti ilə bir neçə sətir yazılmış kağız parçası aşkar olunmuşdu: «Mən zəhərdən deyil, güllədən ölməyə üstünlük verirəm. Tapança daha etibarlıdır». Bu kəlmələr şahzadə Rudolf ilə Mariya Veçeranın müştərək sui-qəsd əməli haqqında razılığa gəlmələrinə dair fərziyyələrə inanan müəyyən qrup insanlar üçün daha bir sübut idi.
Artıq Mayerlinq faciəsinin üstündən 40 il keçdikdən sonra, hadisəni izah edən daha etibarlı dəlillər aşkar edilmişdi. Professor Eduard Albert imperatordan Rudolfun ölümü haqqında şəhadətnamə tərtib etməyə dair sərəncam alınması barədə məlumat vermişdir. Bu şəhadətnamədə hadisə belə təsvir edilmişdir: Mariya Veçeranın dayısı baron Aristid Baltassi bacısı qızının məşuqəlik həyatından qeyzlənərək, onun ailənin namusunu təhqir etməsi ilə heç cürə barışa bilmirdi. Baron sevgililərin Mayerlinqə təşrif buyurduqlarından xəbər tutan kimi, evə daxil olub, Rudolfun başına bilyard ağacı ilə zərbə endirmişdir. Daha sonra, baron, rüsvay olmuş bacısı qızını güllələmişdir. Bu hadisədən bir qədər sonra qatil ölkədən sürgün edilmişdi.

«Qara əl», yoxsa «dəmir kansler»?

Lakin bu, son mülahizə deyildir. Bəziləri şahzadənin qətlində «Balkan yarımadasının qara əli» adlanan terrorçu təşkilatı ittiham edirdilər. Digərləri bu qətlin «dəmir kansler» Otto Bismarkın ssenarisi olduğunu təsdiq edirdilər. Guya Otto Bismark, Rudolfa sui-qəsdi, vahid Almaniyanın siyasi maraqları naminə təşkil edə bilərdi. Şahzadə Kayzer Vilhelmə nifrət edirdi və bu amil Avstriya-Macarıstan ilə Almaniya arasında bağlanacaq hərbi ittifaq planına mane olmağa qadir idi.
Kimlər isə Rudolfu separatçı Madyar ordusu yaratmağa cəhd göstərən və buna görə də Macarıstanın xüsusi xidmət dəstələri tərəfindən qətlə yetirilən Macarıstan vətənpərvəri kimi təsəvvür edirdilər. Mayerlinq hadisəsi ətrafında formalaşan mülahizələrə görə, xalq şahzadənin ölümündə hətta çar Rusiyası hökumətini ittiham etməyə başlamışdı. Bu fərziyyələrə əsasən, çar Rusiyası radikallardan ehtiyat etdiyi üçün, şahzadənin sırf radikal olduğunu zənn edib, onun ölümünə fərman vermişdi.
Rudolf ilə ershersoq İohanın əmisi qızı qrafinya fon Valderzeye-Vittelsbex xatirələrində şahzadənin ölümündən bir gün əvvəl əmisi qızına kiçik polad seyf etibar edərək, onu yalnız seyfin sirrini bilən şəxsə verməyi haqqında xəbərdarlıq etməsindən yazırdı. İki həftədən sonra İohan gələrək,seyfin şərtləşdirilmiş məxfi sözünü söyləmiş və qrafinya seyfi ona təhvil vermişdir.
Avstriya imperatoru tərəfindən sürgün edilmiş İohan «Santa-Marqerita» gəmisinin Qori burnu yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuşdur. Onun qrafinyadan təhvil aldığı və bəlkə də şahzadə Rudolfun müəmmalı ölümünü izah edə bilən seyf də dənizin dibində yatır.
Hətta Iohanın gəmi qəzası zamanı həqiqətən də həlak olması və yaxud xilas yolunu tapması da naməlum faktlar sırasına daxil olmuşdu. Müəyyən müddətdən sonra, Norveçdə yaşayan iki şəxs, demək olar ki, eyni vaxtda, ershersoq İohanın nəvəsi olduqlarını, İohanın dəniz qəzası zamanı həlak olmadığını, əksinə, Norveçdə məskunlaşaraq, qondarma Hüqo Keller adı altında yaşadığım, ailə qurduğunu, oğul-uşaq sahibi olduğunu və 1945-ci ildə 93 yaşında vəfat etdiyini söyləyirdilər.
Digər mənbələrdən məlum olduğu kimi, İohan dəniz qəzası zamanı həlak olmamış, guya ilk əvvəl Meksikaya, daha sonra isə Kaliforniyaya yollanmışdrr. Guya onu bütün səyahətlər zamanı Ru­dolf müşayiət edirdi!
Bu mülahizəyə əsasən, Rudolf Stefaniya ilə bağladığı nikahdan əvvəl gizli surətdə ağır xəstə olan və daha sonra vəfat edən kübar italyan xanımı ilə evlənmişdi. Bir neçə il keçdikdən sonra şahzadə Stefaniya ilə izdivaca girən zaman Rudolfun birinci həyat yoldaşının vəfat etmədiyi məlum olmuşdur. Bundan xəbər tutan Rudolf dəhşətə gələrək, Vatikana məktub yazaraq, papadan nə cür davranacağım soruşur, ondan məsləhət istəyirdi. Lakin bu məktub Frans İosifin agentlərinin əlinə keçmiş, imperator oğlunu yanına çağırmış və oğluna rüsvay olmaqdan qaçmaq üçün Avstriyanı tərk etməsini, ölümünün uyduralmasını bəyan etmişdir.
Rudolf əmisi oğlu İohanın köməyi ilə tibb institutundan boyuna və bədən quruluşuna görə oxşayan bir cəsəd taparaq, onu Mayerlinqə göndərmişdir. Burada cəsədin üzünə, başına zərbə endirərək, onu tanınmaz hala sahmşdılar. Guya əmioğluların bu niyyətini Rudolfun heç də məşuqəsi olmayan baronessa Veçera ifşa etmiş və təhlükəli şahiddən ehtiyat edən əmioğlular onu güllə ilə vnrmuşdular. Rudolf xaricdə heç bir maneə olmadan gizlənmiş və tezliklə İohan ona qoşulmuşdu. Amerika sahillərinə üz tutaraq, Kaliforniyada ranço sahibləri ki­mi həyat sürmüşdülər.
Bu, çox gözəl mülahizə olsa da, həqiqətdən çox teleserial süjetini xatırladır. 

İmperatriçanin bağlaması

Rudolfun ölümündən 100 il keçdikdən sonra Mayerlinq sirrinə qarşı yeni maraq oyanmışdır. Yeni mülahizələrdən ibarət bir neçə kitab artıq işıq üzü görmüşdür. Lakin bütün bunlar əsassız ehtimallar kimi qalmaqda davam edirdi. Yalnız, həmin dövrə aid hər hansı bir rəsmi sənəd aşkar olunması ilə həmin hadisəyə aydınlıq gətirmək olar.
İmperatriça Yelizavetanın İsveçrədə qətlə yetirilməsindən sonra tapdan məxfi bağlama ümid işığını yandırmışdı. İsveçrənin mədəniyyət naziri bu bağlamanı təmtəraqlı şəkildə açmış, lakin Mayer­linq hadisəsini izah edən heç bir fakt aşkar edə bilməmişdir. Bağlamada imperatriçanın dərc olunmamış iki dəftər şeri var idi.
Bununla bağlı daha bir maraqlı mənbə – «İmperatriçanın faciəsi» adlı kitab mövcuddur. Onun əsas qəhrəmanı Ш Napoleonun həyat yoldaşı Yevgeniya idi. O, əri ilə birlikdə ölkədən sürgün edilmişdi. Yevgeniya bədbəxt imperatriça Yelizavetanın yaxın rəfiqəsi olmuşdu. Onlar çox güman ki, Mayerlinq hadisəsini dəfələrlə müzakirə etmişdilər. Yelizaveta guya rəfiqəsinə daşqəlbli Frans İosifin oğlu Rudolfa verdiyi bəyanatdan bəhs etmişdir: Rudolf baronessa Mariya Veçera ile əlaqəsini qeyd-şərtsiz kəsməli idi. Şahzadə bunu yaxın vaxtlarda edəcəyi haqqında vəd verməyə məcbur olmuşdu. O, məhz bunun üçün baronessa ilə birlikdə Mayerlinqə yola düşmüşdü. Gözəl şam yeməyindən və qonaqların dağılışmasından sonra Ru­dolf məşuqəsinə ayrılıq Xəbərini təəssüflə bildirmiş, qız isə hamilə olduğunu söyləmişdir. Bu za­man onlar birlikdə həyatlarına sui-qəsd etməyi qərara almışlar. Rudolf ilk əvvəl Mariyanı, daha sonra özünü güllə ilə vurmuşdur.
Çox təəssüf olsun ki, bu mülahizədə Mariya Veçeranın hamiləlik faktından savayı yeni bir məlumata rast gəlmək mümkün olmamışdır.
Rudolfun həyat yoldaşı Stefaniya 75 yasında xatirələrini dərc etdirmişdir. O, bu kitabda habsburqlar sarayının yüngül əxlaqından bəhs etmiş, Rudolf ilə bağlı bədbəxt həyatının təsvirini vermiş, həyat yoldaşının qadınlar ilə məxfi əlaqələrindən söhbət açmış və ərinin özünə suiqəsd etmək ideyasına xidmət etdiyini vurğulamışdır.
Xatirələrə Rudolfun yazdığı məktubun fotosurəti əlavə olunmuşdur: «Əzizim Stefaniya! Sənə mənimlə bağlı problemlərdən azad olmuş həyatında səadət arzu edirəm. Qızımıza qarşı mehriban və qayğıkeş ana ol. Mənim son salamımı dostlarıma çatdır. Mən ölməliyəm. Çünki yalnız ölüm mənim adımı ləkələnməkdən xilas edə bilər. Səni öpürəm, bağrıma basıram. Soni hər zaman sevən Rudolf».
Stefaniya ərini xilas etməyə çalışdığından, onu bu boş xülyalardan əl çəkməyə məcbur etdiyindən yazırdı. Lakin onun səyləri əbəs idi.
1956-cı ildə, о dövrün rəsmi sənədi nəşr edilmişdir: bu, Vyana polisinin şefi baron Kraussun Mayerlinq hadisəsi haqqında təqdim etdiyi hesabatı idi. Lakin bu sənəddə də yeni bir fakt aşkar etmək mümkün olmamışdır. Hesabatda Rudolfun ilk əvvəl baronessanı, sonra isə özünü güllə ilə vurması, Mariya Veçeranın cəsədinin heç bir dini ayinləri icra etmədən Mayerlinqə yaxın olan Hayligekroys şəhərciyində gizli surətdə torpağa tapşırılması faktı əks olunur. Hesabatda hətta açılan atəşin evdə yatan qonaqları, eləcə də otaq xidmətçisi ilə şahzadənin faytonçusunu oyatmaması haqqında məsələyə də toxunulmamışdır.
Rudolfun və onun məşuqəsinin Mayerlinqdə baş verən dramatik əhvalatına son nöqtəni qoymaq üçün psixoloqların, tibb işçilərinin, sui-qəsd əməllərini tədqiq edən mütəxəssislərin konfransı toplanmışdır. О zamanlar bu hadisə ilə bağlı əldə olunmuş materiallar konfransın ixtiyarına verilmişdir. Konfransın son qərarı:
– Rudolf atası konservator imperatorun rejimində müxalifətdə dayanan liberal meylli, təhsilli insan idi.
– О, özünü təcrid olunmuş hiss edirdi.
– О, xüsusilə kral Lüdviq Bavarskinin ölümündən sonra, özünə sui-qəsd ideyasına xidmət edir­di.
– О, tənha ölməkdən qorxurdu.
– O, baronessa ilə razılaşdırıldığı kimi, ilk əvvəl Mariya Veçeranı, daha sonra isə özünü güllələmişdi.
Konfransın iştirakçıları yenə də bu hadisənin cavabını tapa bilməmişdilər. Bu, bir-birindən аul yaşaya bilməyən sevgililərin sui-qəsd əməli, yoxsa xudbin mühakimələr əsasında  «tənha ölməmək» qorxusundan irəli gələn hərəkət idi? Belə olduğu təqdirdə, Mayerlinq əhvalatında romantizm, qəbul edildiyindən də az miqdarda olmuşdur.
Hal-hazırda şahzadənin ov üçün ayrılmış evi kilsəyə məxsusdur. Onun mehrabı Rudolf ilə Mariyanın həlak olduğu yataq otağının yerində yerləşir.
The Crown Prince (cronprinz Rudolph) filminin treylerini(trailer) təqdim edirəm.Baxmaq istəyənlər həm də məşhur İllusionist(doktor Eyzenxeym-gözbağlayıcı və kabbalist) filmində maraqlı məqamlar görə bilər.

«İnterPOLİSİYA» jurnalı, № 1, 2002-ci 11.
Mənbə Qanun jurnalı
Rudolf, Crown Prince of Austria – Wikipedia, the free encyclopedia
Трагедия в Майерлинге – дворцовые тайны, тайные общества …
Рудольф (кронпринц Австрии) — Википедия
kayzen.az