Qadınlarla bağlı məhşurların maraqlı sözləri

 

1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
— Dick Van Dyke

2. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər.
— Marcel Achard

3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heç nəyə.
— Miguel De Cervantes

4. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.
— Pablo Picasso

5. Qadınlar: onlarsız yaşaya bilmirəm, qonşular da sezmədən onları arxa bağçada basdıra bilmirəm.
— Sean Williamson

6. Qadını məhkəmədə görməyincə onu tanımaq mümkün deyil.
— Norman Mailer

7. Soyğunçu səndən ya pulunu ya da həyatını tələb edəcək. Qadın isə hər ikisini.
— Samuel Butler

8. Qadınlar fil kimidir, onlara tamaşa etməyi xoşlayıram, amma sahib olmağı istəmirəm.
— W.C. Fields(Mississippi, 1935)

9. İki il bir qızı izlədim ki, sonda onunla mənim zövqlərimizin eyni olduğunu öyrənim
— Groucho Marx

10. Qızın 18 yaşınadək yaxşı valedeynlərə ehtiyacı vardır; 18-35 arası onun yaxçı görünüşə ehtiyacı vardır. 35-55 yaş arası yaxşı şəxsiyyət olmalı. 55 yaşından sonar isə yaxşı pula ehtiyacı vardır. Ona görə də mən pul ehtiyat edirəm
— Sophie Tucker

11. Əgər qadınlar yanlış yoldadılarsa, onların arxasınca gedən kişilər doğru yoldadır.
— Mae West

12. Qadının beyni kişinin beynindən daha təmizdir, çünki o, tez-tez onu təzələyir. (Bizim sözlə barmağı həmişə F5 düyməsindədir)
— Oliver Herford

13. Qadın təxmini kişi dəqiqliyindən daha etibarlıdır.
— Rudyard Kipling

14. Psixiatr qadınlar tərəfindən pulsuz soruşulan sualları səndən baha qiymətə soruşan peşəkardır sadəcə.
— Joey Adams

15. Əgər qadınlar mövcud olmasaydı, yer üzündəki bütün pullar mənasın itirərdi.
— Aristotle Onassis

16. Bir gün bir qız zəng eləyib dedi ki, “gəl bizə, evdə heç kim yoxdur”. Mən də getdim evə. Evdə doğrudan da heç kim yox idi.
— Rodney Dangerfield

Mənbə.kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.