Stress yaradan vəziyyətlər

Həyatımızda baş verən həm müsbət həmdə mənfi hallar bizdə stres yaradır. Stresin təsir gücünü qiymətləndirmək üçün psixoloqlar nisbi cədvəlləşdirmə metodu tədbiq edirlər. Qiymətləndirmə cədvəli tərtib edəndə həyat yoldaşınin ölümü bütün mümkün olan stres amillərinin ən güclüsü olaraq götürülür və 100 vahidlə nisbi qiymətləndirilir.

İndi isə belə bir cədvəllə sizi tanış etmək istəyirəm.

1-Ailə

  1. Ərin (və ya arvadın) ölümü -100
  2. Boşanma -73
  3. Ər və arvadın ağır küsüşməsi – 65
  4. Yaxın qohumun ölümü – 63
  5. Evlənmə – 50
  6. Ağır küsülülükdən sonra barışma – 45
  7. Ailə üzvləri arasında münasibətdə ciddi dəyişiklik – 44
  8. Hamiləlik – 40
  9. İlk körpənin doğulması – 39
  10. Həyat yoldaşına münasibətdə ciddi dəyişiklik – 35
  11. Oğulun və qızın ata evini tərk etməsi – 29
  12. Həyat yoldaşının qohumları ilə mənfi münasiətdən yaranan tətinliklər – 29
  13. Həyat yoldaşının yeni işə düzəlməsi və ya işdən çıxması – 26
  14. Ümumi dostlarla münasibətdə ciddi dəyişikliklər – 15

2- Şəxsi

  1. Həbs olunma – 63
  2. Ciddi yaralanma və ya xəstələnmə – 53
  3. Yaxın dostun ölümü – 37
  4. Görkəmli şəxsi müvəffəqiyyət – 28
  5. Təhsilin başlanması və ya başa çatması – 26
  6. Həyat şəraitində ciddi dəyişikliklər – 25
  7. Şəxsi vərdişlərə yenidən baxma (islah üçün) – 24
  8. Başqa məktəbə keçmək – 20
  9. Yaşayış yerini dəyişmək – 20
  10. Əyləncələrin xarakterində ciddi dəyişikliklər -19
  11. Dini ayinlərə münasibətdə və ya onların icrasinda dəyişikliklər -19
  12. Düzgün gündəlik rejimin ciddi şəkildə pozulması – 16
  13. Yemək rejimində ciddi dəyişikliklər – 15
  14. Məzuniyyət – 13
  15. Vacib bayramlar – 12
  16. Cüzi qanun pozutuları – 11

3- İş

  1. İşdən çıxarılmaq – 47
  2. Təqaüdə çıxmaq – 45
  3. İş yerində vəziyyətin ciddi dəyişilməsi – 39
  4. Fəaliyyət növünün dəyişilməsi – 36
  5. Qulluq pilləsinin artıralması – 29
  6. Rəhbərliklə münasibətdəki çətinliklər – 23
  7. İş şəraitində dəyişiklik – 20

 

4-Malliyyə məsələləri

  1. Maliyyə vəziyyətinin ciddi dəyişməsi – 38
  2. Çox dəyərli əşyanın girov qoyulması – 31
  3. Girov qoyulmuş əşyanı geri almaq şansının itirilməsi – 30
  4. Dəyəri daha az olan əşyanın girov qoyulması – 17

Təbii ki, bu nisbi bir dəyərləndirmədi. Fərdə görə dəyişir. Bir məsələni də qeyd edim ki, bu cədvəl özündə bütün stres yaradan halları əks etdirmir. Bu səbəbdən bu siyahını oxuyan hər kəsdən stres yaradan vəziyyət qeyd etməsini xahiş edirəm. Bəzən bizim dostlarımız stres keçirir və bu zaman mənəvi dəstəyə ehtiyac duyur. Bu siyahi vasitəsi ilə biz insanların ən azından hansı proseslərdə stres keçirdiyi barədə ümumi bilgi əldə etmiş olarıq. Təbii ki, sizin şərhləriniz sayəsində siyahını daha da təkmilləşdirməyi düşünürəm.

Mənbə.kayzen.az