2015-ci İldə Ən Çox Qazanan Yazıçılar

Ən çox qazananlar siyahısında ilk sıralarda sevgi və cinayət məzmunlu kitabların müəllifləridir. James Patterson il ərzində qazandığı 89 milyon dollarla 2 il dalbadal ən çox qazananlar siyahısında ilk sıradadır. E. L. James Georgedən R. R. Martinə qədər ən çox qazanan 16 yazıçı il ərzində 355 milyon dollar qazanıblar. Əldə edilən qazancların statistik olaraq hesablanması kitab satışları, təqdimat tədirləri, agentlik gəlirləri, televiziya və onlayn satışlar kimi fərqli yollardan əldə edilən gəlirlər vasitəsi ilə müəyyənləşdirilib.

1. E. L. James George – 89 milyon dollar. İldə ortalama 16 kitab yazan James hər il rəqiblərindən daha çox qazanmağa davam edir. Uşaq ədəbiyyatı kateqoriyasında il ərzində 8-12 kitabı çap olunur.

2. John Green – 26 milyon dollar. Gənclərə həsr olunmuş əsərləri ilə tanınan Green 2015-ci il qazancının əsas hissəsini “The Fault in Our Stars” əsərinə borcludur. Təkcə Amerikada 3.5 milyondan çox çap olunan roman əsasında film də çəkilərək izləyicilərə təqdim edilib. Digər bir romanı “Paper Towns” da filmə çevrilərək məşhurlaşmışdır.

3. Veronica Roth – 25 milyon dollar. Cəmi 26 yaşı olan Roth gənclik ədəbiyyatına aid əsərləri ilə siyahının ən gənc yazıçısıdır. “Divergent” əsəri 2014-2015-ci illər ərzində 3.9 milyon dollarlıq gəlir əldə etmişdir.

4. Danielle Steel – 25 milyon dollar. 1973-cü ildən bəri 94 kitabı çap olunan Danielle ən çox oxunanlar arasındadır.

5. Jeff Kinney – 23 milyon dollar. Uşaq ədəbiyyatına aid əsərləri ilə məşhur olan Kinney ölkə daxilində 1.5 milyonluq satış ilə bərabər, 45 dilə çevrilən əsərləri ilə də tanınmışdır.

6. Janet Evanovich – 21 milyon dollar. “Stephanie Plum” seriyasının yazarı bu il seriyanın yeni 3 kitabını da yayımladı və qazanmağa davam edir.

7. J.K.Rowling – 19 milyon dollar. Harry Potterin yazarı Rowlingin “Career of Evil” əsərinin də uğur qazanılacağı gözlənilir.

8. Stephen King – 19 milyon dollar.  Karyerası ərzində qazandığı 433 milyon dollarla Forbes siyahısın zirvələrindədir.

9. Nora Roberts – 18 milyon dollar. Karyerası ərzində 220-dən çox romanın müəllifi olan Noranın yeni romanları əvvəlkilər qədər çox qazandırmasa da, bu onu siyahıdan kənar saxlamır.

10. John Grisham – 14 milyon dollar. Siyahıda daha çox gənclik və uşaqlıq romanlarının yazarları üstünlük təşkil etsə də, John cinayət romanları ilə öz yerini tutur. “Gray Mountain” romanı 2014-cü il ərzində 620000 ədəd satılaraq oktyabr ayında ilk sıralarda qərar tutmuşdur.

11. Dan Brown – 13 milyon dollar. 2014-cü ilə görə gəlirləri 28 milyondan 13 milyona qədər düşmüşdür. Bu il yeni kitabını yayımlaması gözlənilir.

12. Suzanne Collins – 13 milyon dollar. Daha çox kitabları əsasında çəkilən filmlərə görə gəlir qazanan Suzannenin “The Hunger Games” əsəri 2012-ci ildə 27.7 milyon nüxsə satılmışdı.

13. Gillian Flynn – 13 milyon dollar. Ən çox qazanan yazarlar siyahısına 2012-ci ildə yazdığı “Gone Girl” əsəri ilə daxil olub və bunun əsasında film də çəkilib.

14. Rick Riordan – 13 milyon dollar. Riordan fantastik və gənclik ədəbiyyatının ən çox satılanları arasındadır.

15. E.L. James – 12 milyon dollar. Son 2 ilin ən çox müzakirə olunan və 125 milyon nüxsəsi satılan “Fifty Shades of Grey” kitabının müəllifi James. Bildiyiniz kimi bu əsərin filmi də işıq üzü görmüşdür.

16. George R.R.Martin – 12 milyon dollar. “Games of Trones” seriyasının yazarı Martin, 1996 – 2011-ci illər arasında çap olunan 5 romanı və 5-ci sezonu davam edən serial ilə siyahıda özünə yer tapıb. Serialın hər bölümünü ortalama 6.88 milyon insan seyr edir. Martin artıq seriyanın 6. kitabını yazmaq mərhələsindədir

Mənbə.bilgibazarı.com