Məşhur Yazıçıların Yazıb-Yaratdıqları Yerlər

Hamımızın kitablarını çox maraqla oxuduğu sevimli yazıçısı vardır. Onların seçdiyi mövzular, üslubları və izah etdikləri daha fərqlidir bizim üçün. Daha çox xitab edər bizlərə. Bunları necə yazdıqları isə həmişə bizə qaranlıq qalar: Bu fikir haradan ağılına gəlmişdir? deyə düşünərik.

Necə fikirləşdiklərini bilməsək də  fotoqraf Kyle Cassidy sayəsində ‘harada’ fikirləşdiklərini artıq bilirik.

Fotoqraf Kyle Cassidy çox tanınmış böyük yazıçılardan bəzilərinin iş otaqlarının fotoşəkilini çəkdi.

Kyle Cassidy bir neçə il bundan əvvəl Hugo Mükafatı alan yazar Michael Swanwickin evindəki yığıncağa dəvət edilmişdi. Yazçının bu günə qədər 5 Hugo Mükafatı aldığını bildiyi üçün onları görmə imkanının olub olmadığını soruşur və yazıçı buna razı olur. Swanwickin iş otağını görəndə isə təəccübünü gizlədə bilmir və “Sanki başının içini açmışam və orada işləyən mexanizmə tamaşa edirəm” deyə bildirir.

Beləliklə ağlına bir layihə gəlir və yazıçıların iş otaqlarının fotoşəkillərini çəkməyə başlayır. Where I Write (Harada Yazıram) adlı lahiyədə kimlər yoxdu ki? …

Onlardan bəzilərini sizə təqdim edirik:

Dragonlance (Əjdaha Nizəsi Dastanı) və The Death Gate Cycle  (Ölüm Qapısı) silsilə romanları ilə məhşur olan yazıçı Margaret Weis. Gözəl mənzərəsi və sevimli iti diqqəti cəlb edir.

 

The Forever War (Bitməyən Müharibə) və Forever Peace (Bitməyən Sülh) adlı əfsanəvi fantastik qurğu kitabları ilə  Hugo, Nebula və Locus mükafatlarının sahibi Joe Halderman. Qələm və kağız istifadə davam edən nadir yazıçılardan biridir. Şam işığı isə bizi heyrətləndirmədi desək yalan olar.

 

Yazının əvvəlində qeyd etdiyimiz Michael Swanwick. Fotoqrafa ilham verməyi normal görsənir.

 

Harry Harrison, Stainless Steel Rat  (Paslanmayan Polad Sıçovul)-un müəllifi dörd il əvvəl dünyasını dəyişdi təəssüf ki…

Mənbə. bilgibazarı.com