Şimal Buzlu okeanı

Şimal Buzlu okeanı ən kiçik okean olub, sahəsi 14 mln. km2-dir. Okeanın mərkəzində Şimal qütbü yerləşdiyindən o, bütün coğrafi uzunluqları (meridianları özündə birləşdirir.
Bu okean – Arktikanın (Şimal deməkdir) mərkəzində yerləşib. Arktikanın sahəsi 27 mln. km2 olub. buraya okeandan başqa Avrasiya və Şimali Amerikanın şimal hissələri də daxildir.


Cərəyanları: Şimali Atlantika, Transarktik
Boğazları: Berinq, Danimarka və s.
Yarımadaları: Kola,. Yamal,. Taymır. Çukot
Adaları: Novaya Zemlya, Severnaya Zemlya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arklika arxipelaqı.
Dənizləri: Baffin, Qrelandiya, Kara, Norveç, Barens, Çukot, Laptevlər, Şərqi Sibir, Bofort-kənar dənizlərdir. Yalnız bir daxili dənizi (Ağ dəniz) var.
Tədqiqi: Ilk dəfə bu okeanı tədqiq edən dəste Böyük Şimal ekspedisiyası olub. Bu zaman Peçora çayından Berinq boğazına qədər ərazilər xəritəyə köçürüldü. 1909-cu ildə R.Piri şimal qütbünü tapdı. Daha sonralar okeanı Amudsen, Nansen, Sedov, Makarov və s. alimlər tədqiq etdilər. 1937-ci ildə rus alimi Papanin bövük buz parçası üzərində qurulmuş «Şimal qütbü-1» stansiyasında Şimal qütbündən Qrelandiya dənizinə qədər dreyf etdi. (yəni üzüb getdi). 1977-ci ildə ilk dəfə Rusiyanın «Arktika» atom buzqıran gəmisi sərbəst üzüb

Şimal qütbünə çatdı.
Relyefi: Okean dibinin yarısını şelf düzənlikləri tutur. Okeanın mərkəzində Hekkel, Mendeleyev və Lomonosov dağları onların arasında isə Amundsen, Nansen, Makarov və Kanada çökəklikləri var. Okeanın ən dərin yeri 5449 m Nansen çökəkliyindədir.
Iqlimi: Okeanın qütb mövqeyi ilə əlaqədar olaraq Şimal Buzlu okeanı üzərində soyuq iqlim şəraiti yaranır. Buxarlanmanın çox zəif getməsi ilə əlaqədar olaraq bu okean suyun böyük dövranında daha zəif iştirak edir. Yüksək atmosfer sahəsinin mövcudluğu, temperaturun aşağı olması Şimal Buzlu okeanı üzərində kontinental Arktik hava kütləsinin formalaşmasına səbəb olur. Arktik hava kütlələri Antarktik hava kütlələrindən xeyli istidir. Buna səbəb okean sularının böyük istilik tutumuna malik olmasıdır. Nəticədə qışda Şimal Buzlu okeanı şimal yarım kürəsinin quru hissəsini soyutmur. əksinə xeyli isidir. Atlantik okeanından daxil olan isti Şimali Atlantika cərəyanı ətraf suların donmasının qarşısını alır. Suların böyük istilik tutumu və daimi şaquli yerdəyişmələri nəticəsində okean suları dibə qədər donmur. Duzluluğun və temperaturun aşağı olması nəticəsində okeanın səthində nazik və şorsulu buz təbəqəsi yaranır. Yayda materikin sahilində buzun əriməsi və isti cərəyanın təsiri bu okeanın sərvətlərinin mənimsənilməsinə imkan verir. Okeanda iki iqlim qurşağı – Arktik və Subarktik qursaq var.

Şimal Buzlu okean – Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır – 13 000 000 кm².

Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Severnaya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrelandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitriy Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar. Şimal Buzlu okean ən şirin okean hesab olunur. Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi.

Mənbə.kayzen.az