Qurani-Kərim və peyğəmbərlərin hədəfləri

Qurani-Kərimə görə, peyğəmbərlərin göndərilməsində əsasən aşağıdakı hədəflər izlənilmişdir:

1. İnsanların təlim və təzkiyə olunması (çirkinliklərdən paklanması, saflaşması)

“Ayələrini onlara tilavət etmək, onları (əqidəvi, əxlaqi və əməli çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab və hikmət (dini və əqli mərifətlər) öyrətmək üçün Odur ümmilərin (çoxusu savadsız olan Məkkə

camaatının) arasından özlərindən olan bir peyğəmbər seçən! Doğrudan da, onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər.” (“Cümə” surəsi, ayə 2.)

2. İnsanlar arasında haqq-ədalətin bərpası:

“Şübhəsiz, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (məntiq və möcüzələrlə) göndərdik və o onlara birlikdə (səmavi) kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər…” (“Hədid” surəsi, ayə 25.)

3. İnsanların əsarət zəncirlərindən qurtulması, yaxşı işlərə dəvət olunması, pis işlərdən çəkindirilməsi, onlara halal-haramın öyrədilməsi:

“O kəslər ki, əllərindəki Tövrat və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula – ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“Əraf” surəsi, ayə 157.)

4. İnsanlar arasındakı ixtilafın aradan qaldırılması

“İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin üzündən ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər.” “Bəqərə” surəsi, ayə 213.)

5. İnsanların ilahi mükafatla müjdələnməsi və ilahi əzabla qorxudulması:

“Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (“Ənam” surəsi, ayə 48.)

Mənbə.Maide.Az

Bir cevap yazın

Your email address will not be published.