Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Dünyada İlk Dönər

İlk dönər Türkiyənin Bursa bölgəsində “İskəndər Əfəndinin Dönəri” şəklində ortaya çıxmışdır.

1850-ci ildə “Məhməd Əfəndinin Kafesi” adı ilə fəaliyyətə başlayan yeməkxana Bursada quzu əti kabab işini həyata keçirməktəydilər. Lakin oğul İskəndər bu işə rəng qatmaq fikrinə gəlir və nə etsək daha fərqli bir nəticə ortaya çıxara bilərik deyə düşünməyə başlayır. İlk dəstəyi babası Sabit Əfəndidən alan İskəndər atasını yeniliyə razı salmaq üçün bir qədər gözləməli olur.

Nəhayət atasını razı sala bilən İskəndər, ilk dəfə olaraq şaqülü şəkildə qoç ətini şişə salaraq servis etməyə başlayır. Bu kababın fərqli cəhəti onun sümüksüz olması və sümüksüz ətlərin incə-incə kəsilərək qatıq və pomidorlu sousla süfrəyə verilməsidir. Nəticədə o gündən Bursada İskəndər kababı dedikdə ilk yada düşən sümüksüz ətlə, qatıq və pomidorlu  sousla süfrəyə verilən ət kababı yada düşməkdədir.

Beləliklə ilk dönər Bursada İskəndər kababı adı ilə satışa çıxarılmışdır.

Mənbə.kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.