İMAM RZANIN (Ə) KƏLAMINDA QOHUMLUQ ƏLAQƏLƏRİ

İmam Rzanın (ə) kəlamında diqqəti çəkən və təkidlə vurğulanan əsas məsələlərdən biri də qohumluq əlaqələrini möhkəmlətmək, qohumlara yaxşılıq etmək, onlara baş çəkməkdir. Bu barədə o həzrətdən (ə) bir çox hədislər nəql olunmuşdur ki, biz burada onlardan üçünü qeyd etməklə kifayətlənirik:

1. “Ömrünün qurtarmasına üç il qalan bir şəxs qohumlarına yaxşılıq edərsə, Allah onun ömrünü otuz il uzadar və Allah istədiyini edər.” (“Vəsailuş-şiə”, 15-ci cild, səh.243.)

2. “Bir içim su qədər də olsa, qohumlarına yaxşılıq et. Sənin qohumlarına etdiyin ən böyük yaxşılıq onlara əziyyət verməməyindir. Qohumlara yaxşılıq ölmümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.151.)

3. “Biz qohumlara yaxşılıqdan başqa ömrü uzadan bir vasitə tanımırıq. Əgər bir şəxsin əcəlinə üç il qalmış yaxınlarına yaxşılıq edərsə, Allah onun ömrünü otuz il artırıb otuz üç il edər və əgər birinin əcəlinə otuz üç il qalmış qohumluq əlaqəsini kəsərsə, Allah onun ömründən otuz il azaldıb üç il edər.” (“Üsuli-kafi”, 2-ci cild, səh.157.)

Mənbə.(Maide.Az)