Qaragilənin ürəyə inanılmaz faydası

Londondakı Kral kollecinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Hər gün qaragilə qəbul etmək ürək-damar xəstəliklərinə yoluxma riskini 20 faiz aşağı salır.

Təcrübədə 40 nəfər iştirak edib. 20 nəfər hər gün tərkibində 200 qram qaragilə olan şirə qəbul edib. Digər 20 nəfər isə adi şirə qəbul edib. Məlum olub ki, qaragilə şirəsi içən insanlarda qan dövranı 2 saat sonra kifayət qədər yaxşılaşıb.

Bir ay sonra isə bu şəxslərdə qan təzyiqi aşağı düşür və özlərini daha yaxşı hiss edirlər.

Təcrübənin müəlliflərindən biri, Ana Rodriqes-Mateos deyib:

“Qaragilənin tərkibi polifenolla zəngindir və eyni zamanda digər birləşmələr də var. Bu sıraya prosianidlər, flavonollar və fenol turşuları daxildir. Eyni zamanda zülal, vitamin və minerallarla da zəngindir”.

Yazar.Hikmət Həsənov
Mənbə. Ölkə.Az