İslam alimlərinin kəşfləri

*Atomun daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu ilk dəfə «kimyanın atası» ləqəbli Cabir bin Həyyan (721-805) söyləmişdir.

*Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər.

*Havan topu Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir

*Bəttaninin hazırladığı «Sabi cədvəlləri» adlı astronomik cədvəllər Kopernik dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesabladı.

*Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır.

*İlk kağız fabrikası 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə də inşa edildi. Avropada isə uzun illərdən sonra belə fabrik açıldı: 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada və s. Məlum olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.

*İlk təyyarə tipli cihazı hələ 880-ci ildə İbni Firnans adlı müsəlman alimi qurmuşdur. Qərbdə isə yalnız 1903-cü ildə Orvilla Rayt qardaşları təyyarədə ilk uçuşu həyata keçirdilər.

*İlk uçuş sınağını həyata keçirmiş İsmail Cövhəri (950-1010) həlak oldu. «Həzarfənn» ləqəbli Əhməd Çələbi isə çiyninə bağladığı qartal qanadları ilə İstanbuldakı Qalata qülləsindən Üsküdardakı Doğanlara qədər uçmaqla ilk uğurlu uçuşu həyata keçirdi.

*İlk xəstəxana 707-ci ildə Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik zamanında təşkil olunmuşdu.

*Yaxın Şərqdə məşhur alim olan Qütbəddinin (1317-ci ildə vəfat etmişdir) yanına gəlmiş yəhudilər onu yəhudi dininə dəvət edirlər. O, razılıq verib deyir: «Əgər 50 gün mənim yeməyimi versəniz yəhudi olaram!» Yəhudilər bu şərti qəbul edib, onu 50 gün yedirdikdən sonra şərti yerinə yetirilməsini istəyirlər. O deyir: «Siz qəribə və axmaq adamsınız. Müsəlmanlar 50 ildir məni yedizdirirlər, mən hələ bir əməlli-başlı müsəlman olmamışam, siz istəyirsiniz ki, 50 günlük yemək üçün mən dönüb yəhudi olam?!»

*Yer kürəsinin yuvarlaq formada olub fırlandığını müsəlmanlar avropalılardan çox-çox öncə bilirdilər. Biruni Yer planetinin həm öz oxu ətrafında, həm də Günəş ətrafında dövr etdiyini sübut etmişdir. O, Yer kürəsi səthini hesabladı. Onun bu hesabat zamanı tətbiq etdiyi üsul Avropada «Biruni qaydası» adlandırıldı.

*Yerin cazibə qüvvəsinin Nyuton tərəfindən kəşf edildiyini düşünürlər. Halbuki, Razidən tutmuş Biruniyə, hətta Xaziniyə qədər İslam alimləri Nyutondan bir neçə əsr əvvəl Yerin cazibəsini kəşf etmiş, bu sahədə nəzəriyyələr vermişlər.

*Kimyadan söz düşəndə hamıdan əvvəl Cabir bin Heyyan yada düşür. Cordano onu dünyanın 12 dahisindən biri hesab etmişdir. Bir çox kimyəvi turşuları o kəşf etmişdir.

*Kiçik qan dövranı Avropa alimlərindən təqribən 300 il əvvəl İbnün-Nəfs (1210-1288) kəşf etmişdir…

*Məşhur alim Əhməd ibn Yəhya ibn Əhməd Ravəndi (837-ci ildə vəfat etmişdir) mövhumat əleyhinə fikir yürütdüyünə görə kafir adlandırılmışdı. O, bir gün çöldə gedərkən yorulmuş və üzünü göyə tutaraq: «Ay allah, mənə bir at yetir, ayaqlarımı yerdən götürsün!» – deyə dua etmişdir. Elə bu vaxt xəlifə məmurlarından birisi yanı dayçalı at ilə ona rast gəlmiş və: «Dayça təzə doğulub, yol gedə bilmir. Onu götür çiyninə» – deyə Rə­vəndini məcbur etmişdir ki, dayçanı çiynində aparsın. Alim bunu görüb «Allah, mən səndən at istədim ki, özüm minəm daha demədim ki, at göndər məni minsin» – demişdir.

*Nyutona aid edilən binom düsturunu cəbrə gətirən Ömər Xəyyam (vəf. 1123) olmuşdur.

*Onluq kəsr sistemini tapan, bu mövzuda əsər yazmış ilk adam Qiyasəddin Cəmşididir (vəf. 1429). Riyazi hesabatlarda ilk dəfə vergüldə istifadə edən də odur…

Onluq kəsrlər nəzəriyyəsi ilk dəfə Qiyasəddin Cəmşid əl-Kaşinin əsərlərində verilmişdi. Avropada onluq kəsrlər çox gec – XVII əsrdə Simon Stevin (1548-1620) tərəfindən kəşf edilmişdir.

*Optika elminin təməlini qoymuş İbn Heysəm (965-1051) «Görüntülər kitabı» ilə Rocer Bekon, Kepler və Leonardo da Vinçi (1452-1519) kimi alimlərin fəaliyyətinə təkan verdi. Bu kitab 600 il elm dünyasında əsa əsər sayıldı.

*Riyaziyyat sahəsində Avropaya nümunə olmuş alimlərindən biri də Bəttanidir (858-925). Jak Rislinin fikrincə, faktiki olaraq triqonometriya elminin əsasını Bəttani qoymuşdur.

*Sinus anlayışını kəşf edən də müsəlmanlardır. Müsəlmanlar sinusa (seyb) deyirdilər. Qərblilər bu sözü dəyişdirərək «sinus» şəklinə saldılar.

Tarixşünaslığın ən görkəmli simalarından biri olmuş İbn Xəldun (1332-1406) sosiologiya elminin qurucusu olaraq xatırlanır. O, öz əsərləri ilə Qərb alimləri üçün yol açmışdır.

Triqonometriyaya tangens, kotangens və kosekans anlayışlarını Əbülvəfa (940-998) gətirmişdir. Triqonometriya sahəsində ilk ciddi əsərin müəllifi isə Nəsrəddin Tusi (1201-1274) olmuşdur.

Cabir ibn Əflah ulduzların yerini və parlaqlıq dərəcələrini ölçən azimut bucağını avropalılardan xeyli əvvəl tapdı. Alman astronomu Rejintan isə yalnız… 300 ildən sonra eyni metodla uyğun nəticəni əldə etdi.

Cüneyd Bağdadidən soruşmuşlar: «İlahi bir bilgi olan mərifət nədir ?» O, cavabında:  «Mərifət, uca Allahın elmi yanında insanın öz cəhalətini başa düşməsidir.»

Cəbr elminin təməlini qoymuş Xarəzmi (780-850) ilk dəfə sıfır işarəsindən istifadə etmişdir. O «Əl-Cəbr vəl-Müqabilə» adlı ilk cəbr kitabmı yazmışdır. Kitabın adındakı «Əl-Cəbr» sözü qərblilər tərəfindən təhrif olunaraq «Alqebra» şəkilinə düşmüşdür.

Əl-Cəzəri (vəf. 1206) «Kitabül-Xiyəl» (Xəyallar kitabı) adlı əsəri ilə kibernetikanın əsasını qoydu.

Əmmar adlı müsəlman alim 9 əsr bundan əvvəl özünəməxsus üsulla göz üzərində cərrahiyyə əməliyyatı aparmışdır.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından

kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.