Günəş sistemi

                  

Kainat bizi əhatə edən sonsuz varlıq olub, 100 mln-larla qalaktikadan ibarətdir. Qalaktika göy cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqəyə girərək əmələ gətirdikləri sistemdir. Bu sistemlərdən biri bizim yaşadığımız yer planetinin daxil olduğu günəş sistemidir. Bu sistemə Günəş, onun ətrafında fırlanan 9 planet, onlarla peyk, minlərlə asteroid, komet və meteroid daxildir. Komet və meteroidlər daha kiçik səma cisimləridir. Meteroidlərin – asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir.


Günəş yerə ən yaxın ulduz olub, aralarında orta məsafə 150 mln km -dir. Günəş 70% hidrogendən, 29% heliumdan ibarətdir Günəşin mərkəzində temperatur +20mln C0, səthində isə 6000 C0-dir. Saniyədə 300 min km sürətlə hərəkət edən işıq şüası Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır. Günəşin atmosferi 3 qatdan-fotosfer, xromosfer və günəş tacından ibarətdir.
Hər bir planetin Günəş ətrafında hərəkəti zamanı yaratdığı mərkəzdənqaçma qüvvəsi Günəşin həmin planeti özünə cəzbetmə qüvvəsinə bərabər olduğuna görə, Günəş sistemi sabit halda fəaliyyət göstərir. Günəşdən uzaqlığına görə 9 planet aşağıdakı kimi düzülüb:

1. Merkuri

 

Bu 4 planet daxili və ya Yer tipli planetlər adlanır. Bu planetlərin sahələri kiçik,
sıxlığı isə böyük olur.

 

 

2. Venera

3. Yer
4. Mars
5. Yupiter  

Bu planetlər xarici və ya Nəhəng planetlər adlanır ( Plutondan başqa). Bu planetlərin
sahələri böyük, sıxlığı isə kiçik olur

 

 

6. Saturn
7. Uran
8. Neptun
9. Pluton

Bu planetlərdən ən böyüyü Yupiter, ən kiçiyi isə Plutondur. Yer – planetlər arasında Günəşdən uzaqlığına görə 3-cü, böyüklüyünə görə isə 5-ci yerdədir. Planetlərin ətrafında kiçik cazibəyə malik olan peyklər fırlanır.
Yerin təbii peyki olan Ay– Yerə ən yaxın səma cismi olub, Yerdən 384,400 km aralıdadır. Ay özü işıq saçmır. O, ya bilavasitə, ya da yerdən əks olunan Günəş şüaları ilə işıqlanır. Bunun səbəbi isə Ayın Yer ətrafında və eyni zamanda Günəş ətrafında fırlanmasıdır. Ay öz oxu ətrafında 29,5sutkaya, Yer ətrafında isə 27,3 sutkaya tam 1 dövr edir. Sıx atmosfer qatı olmadığından Ayın səthi gündüz +1300C qızır, gecə isə -1700C soyuyur. Bu güclü fiziki aşınmaya səbəb olur. Ayda ilk dəfə 1969-cu ildə amerikan kosmonavtları Armstronq və Oldrin olub.


Yer, Ay və Günəşin fəzadakı mövqeyi və hərəkəti arasında cüzi uyğunsuzluq Günəş və Ay tutulmalarına səbəb olur. Yer kürəsi Ay və Günəş arasında olduqda Ay tutulması ; Ay Yer ilə Günəş arasında olduqda isə Günəş tutulması baş verir.

 

 

 

Mənbə.kayzen.az