Rəcəb ayında oruc tutmaq və sədəqə verməyin savabı

Süfyan Suri İmam Sadiqdən (ə), o həzrət də ata-babalarının vasitəsilə İmam Əlidən (ə) belə nəql edir: “Hər kəs Rəcəb ayında bir gün – əvvəli, ya ortası, ya da axırında oruc tutarsa, onun keçmiş və gələcək günahları bağışlanar. (Yəni Allah onun gələcəkdə günaha düşməməsinə yardımçı olar.)


Hər kəs Rəcəb ayının əvvəlindən üç gün, ortasından üç gün və sonundan üç gün oruc tutarsa, onun keçmiş və gələcək günahları bağışlanar.

Hər kəs Rəcəb ayının gecələrindən birini “ehya” saxlayarsa (səhərə qədər oyaq qalıb ibadət edərsə), Allah-Taala onu cəhənnəm odundan xilas edər və onun şəfaətini yetmiş nəfər günahkarın haqqında qəbul edər.

Hər kəs Rəcəb ayında Allah yolunda xalis niyyətlə sədəqə verərsə, Allah-Taal qiyamət günü ona elə bir cənnət savabı əta edər ki, onun mislini görən, eşidən və qəlbindən keçirən olmaz.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)

Mənbə. (Maide.Az) və ahlibeyt.ge

Bir Cevap Yazın

Your email address will not be published.